30/11/2022
Bu gün Elm və Təhsil nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında institutun “Differensial tənliklər” şöbəsinin professoru Əllədin Şəmilov “Stoxostik diferensial tənliklərin həllərinin təqribi paylaşma funksiyaları” mövzusunda məruzə etdi. Məruzə, ümumiləşmiş entropiya optillaşdırma üsullarının stoxostik diferensial tənliklər nəzəriyyəsinə tətbiq oluna bilməsi əsaslandırılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]
30/11/2022
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 1988-ci ilin 30 noyabrından qeyd olunur. Məhz həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat institutları və hərbi idarələr də daxil olmaqla, ARPANET-in minlərlə qovşağını sıradan çıxaran ilk kompyuter virusu meydana gəldi və nəhəng itkilərə səbəb oldu. Yaradıcısının adı ilə Morris “soxulcanı” adlandırılan bu virusun vurduğu ziyan, təxminən, 100 milyon dollar həcmində qiymətləndirilmişdir. Morris […]
28/11/2022
25 noyabr 2022-ci ildə Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev və Təhsildə Keyfiyyət Agentliyinin rəhbəri Ülkər Səttarova ilə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, porfessor Misir Mərdanov arasında görüş keçirilmişdir. Görüş zamanı nazir institutun mövcud durumu ilə tanış olmuş, respublikada riyaziyyat və mexanika elmlərinin perspektivləri müzakirə edilmişdir. Eyni zamanda institutda […]
28/11/2022
Riyaziyyat və Mexanika İnstitutu Həmkarlar İttifaqının təşkilatçılığı ilə, 26-27 noyabr 2022-ci il tarixlərində 2 günlük Qusar rayonuna gəzinti təşkil edilib. “ILK INN” mehmanxanasında istirahət edən institutun 19 əməkdaşı Şahdağ Turizm Mərkəzi, Şeyx Cüneyd türbəsi və Ləzə şəlaləsinə səfər ediblər. Təşkil olnunmuş səfərdə əməkdaşlar üçün müxtəlif əyləncəli oyunlar keçirilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]
25/11/2022
25 noyabr 2022-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə müdirləri tam heyətdə iştirak ediblər. İnstitutun rəhbəri akademiyanın müxbir üzvü, professor Misir Mərdanov təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, tətbiq olunan işlər, beynəlxalq əlaqələr, keçirilən tədbirlər və konfranslar barədə məlumat […]
25/11/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfərinə dair məlumat yer alıb. Bundan əlavə, AMEA-da Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə bağlı hazırlanan Tədbirlər planı, Türkiyənin Dokuz Eylül Universiteti və AMEA arasında bağlanmış müqavilə əsasında iki qurumun birgə təşkilatçılığı ilə […]