16/01/2026
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, süni intellekt texnologiyaları son illərdə redaksiyalarda sınaq məqsədilə istifadə edilsə də, onların gündəlik jurnalist fəaliyyətinə tam inteqrasiyası hələ geniş yayılmayıb. Bu istiqamətdə ciddi addım atan Symbolic.ai startapı Rupert Merdoka məxsus media holdinqi News Corp ilə mühüm əməkdaşlıq razılaşması imzalayıb. Razılaşmaya əsasən, News Corp maliyyə xəbərlərinin əsas mərkəzlərindən biri olan […]
16/01/2026
Müəllimlərin işə qəbul (MİQ) müsabiqəsində iştirakın hansı hallarda ödənişli olacağı müəyyənləşir. “Azərbaycan müəllimi” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ümumi təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata […]
15/01/2026
Türkiyənin ali təhsil müəssisələrində 2026-2027-ci tədris ili üçün doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb. Təqaüd proqramı üzrə müraciətlər üçün son tarix 20 fevral 2026-cı il müəyyən edilib. Qeyd edək ki, proqrama müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə elektron müraciət üçün son tarix […]
14/01/2026
Azərbaycanda bütün sahələrdə, o cümlədən elm və təhsil sektorunda rəqəmsallaşmaya, süni intellektin tətbiqinə xüsusi diqqət yetirilir. Rəqəmsal texnologiyaların və süni intellektin elmin müxtəlif sahələrində geniş tətbiqi məlumatların toplanması, işlənməsi və idarə olunmasında inqilabi yeniliklərə yol açır. Bu proses biologiya elmi, xüsusilə flora və fauna ehtiyatlarının öyrənilməsi baxımından mühüm strateji əhəmiyyət kəsb edir. AZƏRTAC xəbər verir […]
14/01/2026
Yanvarın 14-ü Azərbaycanın görkəmli riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik, riyaziyyat sahəsi üzrə ilk azərbaycanlı elmlər doktoru, professor Zahid Xəlilovun doğum günüdür. Xəlilov Zahid İsmayıl oğlu, funksional analiz, diferensial tənliklər, elastikiyyət nəzəriyyəsi və neft mexanikası sahələrində tanınmış dünya şöhrətli alim,14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Borçalı mahalında anadan olmuşdur. 1929-cu ildə Tiflis şəhərində Nəriman Nərimanov adına […]
13/01/2026
Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini […]