21/10/2022
26 oktyabr 2022-ci il tarixində saat 11.00-da AMEA RMİ-nın “Funksional analiz”, “Riyazi analiz” və “Funksiyalar nəzəriyyəsi” şöbələrinin birgə iclasında r.ü.f.d., dos. Səbinə Rahib qızı Sadıqovanın «Xətti topoloji fəzalarda sistemlərin freymlilik xassələri haqqında» mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi İnstitutun akt zalında keçiriləcəkdir. İclasa qoşulmaq üçün Link: https://us06web.zoom.us/j/84882349895?pwd=bUJCcE5FUkFSUUs0WkRDWmt2ZUFDUT09 Meeting ID: 848 […]
19/10/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov “Cırlaşan parabolik tənliklər üçün Harnak bərabərsizliyi və həllin Hölder mənada kəsilməzliyi haqqında” mövzusunda məruzə etdi. Məruzədə yeni sinif 2-ci tərtib cırlaşan xətti parabolik tənliklər üçün mövzuda qeyd edilən məsələlər tədqiq edilir. […]
19/10/2022
“AMEA və TÜBİTAK arasında elan olunmuş müsabiqəyə dair məlumatlandırma seminarı keçiriləcək 28 oktyabr 2022-ci il tarixində saat 10:30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA və TÜBİTAK arasında elan olunmuş Müştərək Layihə Müsabiqəsi çərçivəsində layihə təklifləri ilə əlaqədar məlumatlandırma seminarı keçiriləcək. Seminarda müsabiqənin şərtləri və ərizə formasının doldurulması ilə əlaqəli ətraflı məlumat veriləcək. Ünvan: H.Cavid prospekti 129, […]
19/10/2022
AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 28 oktyabr 2022-ci il tarixli iclasında saat 1400-da Aydın Şükür oğlu Şükürovun 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Cırlaşan triqonometrik sistemlərin […]
19/10/2022
02.11.2022-ci il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev İbrahim Mayıl oğlu “Diferensial operatorun spektr və işarələr ardıcıllığı üzrə bərpası” mövzusunda məruzə edəcəkdir. Məruzədə ayrılmayan sərhəd şərtlərinin birində spektral parametrin xətti funksiyası iştirak edən halda Şturm-Liuvil operatorunun bərpası haqqında son elmi nəticələr barədə məlumat vermək nəzərdə tutulur. © Bütün […]
18/10/2022
Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Müəllim nüfuzunun yüksəldilməsi məsələsi, hesab edirəm ki, üç əsas amildən asılıdır: müəllimin özündən, dövlət qayğısından və cəmiyyətin münasibətindən. Bu yazıda həmin amillərdən söhbət açılır, nüfuza təsir göstərən səbəblər şərh edilir, problemlərin aradan qaldırılması yollarına sistemli münasibət bildirilir, müəyyən təklif və mülahizələr irəli sürülür. […]