15/10/2022
14 oktyabr 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası ( əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Samirə Oqtay qızı Rüstəmovanın “ Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı və yoxluğu ” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya […]
13/10/2022
19 oktyabr 2022-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov “Cırlaşan parabolik tənliklər üçün Harnak bərabərsizliyi və həllin Hölder mənada kəsilməzliyi haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə silindirlər ailəsində Makken Haupt tipli kafilik şərtini ödəyən yeni sinif II tərtib cırlaşan xətti parabolik tənliklər üçün Harnak bərabərsizliyi haqqında danışılıcaqdır. […]
13/10/2022
AMEA Azad Həmkarlar İttifaqı tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşmaya əsasən 19 oktyabr 2022-ci il saat 1130– da AMEA-nın dairəvi akt zalında əməkdaşlarımız üçün “İcbari tibbi sığorta” mövzusunda ödənişsiz maarifləndirici təlimləri keçiriləcək. Təlimdə qurumun nümayəndələri aşağıdakı mövzular üzrə təqdimatla çıxış edəcəklər. İcbari tibbi sığorta haqqında ümumi məlumat İcbari tibbi sığorta haqları İcbari […]
12/10/2022
Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Müəllim nüfuzunun yüksəldilməsi məsələsi, hesab edirəm ki, üç əsas amildən asılıdır: müəllimin özündən, dövlət qayğısından və cəmiyyətin münasibətindən. Bu yazıda həmin amillərdən söhbət açılır, nüfuza təsir göstərən səbəblər şərh edilir, problemlərin aradan qaldırılması yollarına sistemli münasibət bildirilir, müəyyən təklif və mülahizələr irəli sürülür. […]
12/10/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Tətbiqi riyaziyyat” şöbəsinin əməkdaşı, kiçik elmi işçi Aytən Mövsümova “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda məruzə etdi. İşdə özlü-elastiki mühitlə kontaktda olan anizotrop, qeyri-bircins düzbucaqlı müstəvi, möhkələndirilmiş düzbucaqlı profilli deşiklərlə zəiflədilməmiş və ya deşiklərlə zəiflədilmiş silindrik lövhələrin sərbəst rəqsləri […]
12/10/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında prof. Hidayət Hüseynov “II tərtib kəsilən əmsallı diferensial tənlik üçün səpilmənin düz və tərs məsələləri” mövzusunda məruzə etdi. Məruzədə bütün oxda impedans şəkilli kəsilən əmsallı diferensial tənlik üçün düz və tərs məsələlərə baxılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.