23/09/2022
23 sentyabr 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası keçirildi. İclasda Günel Razim qızı Hacıyevanın “2m tərtib Dirak operatorunun məxsusi və qoşulmuş vektor-funksiyaları üzrə spektral ayrılışın yığılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Qurbanov […]
22/09/2022
28 sentyabr 2022-ci il saat 10:00-da Ümuminstitut seminarında f.r.e.d., prof. Vərqə Kələntərov “Navye-Stoks tənliklərinin modifikasiyalarının riyazi analizi” mövzusunda məruzə edəcəkdir. Məruzədə hidrodinamikanın müxtəlif dinamik problemlərini ifadə edən Navye-Stoks tənliklərinin modifikasiyası üçün başlanqıc-sərhəd məsələlərinin həllərinin qlobal xassələri araşdırılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
22/09/2022
28.09.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı keçiriləcəkdir. Seminarda prof. Qabil Əliyev “Materialda fiziki və kimyəvi dəyişiklikləri nəzərə alaraq, kütlənin dəyişməsi ilə çubuğun uzanması” mövzusunda çıxış edəcəkdir. Aqressiv mayenin təsirindən çubuğun dəyişən kütləsinin polimer çubuğun dinamik hərəkəti prosesinə təsiri öyrənilmişdir. Polimer çubuğun kütləsinin dəyişmə dərəcəsindən asılı olaraq, onun məxsusi […]
21/09/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d. Rəşid Əvəzağa oğlu Əliyev “Sinqulyar inteqral çevirmələrin diskret analoqlarının bəzi xassələri” mövzusunda məruzə etdi. Məruzədə həqiqi və kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin əsas inteqral çevirmələrindən olan Hilbert çevirməsi və Ahlfors-Beurlinq çevirmələrinin diskret analoqlarının xassələrindən bəhs edir. Diskret […]
21/09/2022
Müsabiqədə riyaziyyat üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, 19 sentyabr 2022-ci il tarixli “Elm” qəzetində dərc olunmuş Elana əsasən bir ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir: AZ 1141 Bakı şəhəri, B.Vahabzadə, 9. V mərtəbə, 510-cu otaq, mühəndis-proqramlaşdırıcı Pərvanə Məsdan qızı Nəcəfova. E-mail: [email protected] Telefon: 539-91-92, AMEA Riyaziyyat […]
21/09/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 28 sentyabr 2022-ci il tarixli iclasında saat 12:00-da Günel Mirbala qızı Qasımovanın “Elliptik tip operator-diferensial tənliklərin həll olunma məsələlərinin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcə keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us06web.zoom.us/j/82208851824?pwd=em5IK3hTdk15TGZWVzFsQ2grS0JXZz09 Meeting ID: 822 0885 1824 Passcode: 756590 […]