31/05/2022
31 may 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Mehriban Nurməmməd qızı Kərimovanın “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri f.-r.e.d., professor Tahir Sədi oğlu Hacıyev olmuşdur. İddiaçı […]
30/05/2022
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI Riyaziyyat və Mexanika İnstitutu II kurs magistrlərin dissertasiya işlərinin müzakirəsi haqqında: Cəfərova Ülfət Faiq qızının AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahovun rəhbərliyi ilə «Dispers mayelərin axın və süzülmələrində köçmə məsələləri» mövzusunda dissertasiya işinin ilkin müzakirəsi Maye və qaz mexanikası şöbəsində 01.06.2022 11:00 tarixində keçiriləcək. İxtisaslaşma : «Maye, qaz […]
28/05/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri yer alıb. Bundan əlavə, AMEA-nın “Teknofest Azərbaycan” festivalında iştirakı, nümayiş etdirilən elmi-texnoloji nailiyyətləri, akademik Arif Həşimovun Azərbaycanda səfərdə olan bir qrup xarici alimlə görüşü, Azərbaycanda ilk dəfə […]
27/05/2022
Riyaziyyat və Mexanika İnstitutunda 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AMEA-nın Riyaziyyat Mexanika İnstitutunun baş direktoru, akademiyanın müxbir üzvü, professor Misir Mərdanov çıxış edərək 28 May – Müstəgillik Günü münasibəti ilə iştirakçıları təbrik edərək, bu günün tarixi və fəlsəfi mahiyyəti barədə geniş çıxış edib. Professor M.Mərdanov müsəlman Şərqində yaranmış ilk demokratik respublikanın mövcud […]
27/05/2022
27 may 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Daşqın Ələkbər oğlu Seyidovun “Müntəzəm cəbrlərin çəkili endomorfizmlərinin spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri riyaziyyat elmləri doktoru, dosent Telman […]
25/05/2022
AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 27 may 2022-ci il tarixli iclasında saat 1400-da Daşqın Ələkbər oğlu Seyidovun “Müntəzəm cəbrlərin çəkili endomorfizmlərinin spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi İnstitutun […]