Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-da 2022-ci il üçün doktorantura və dissertanturaya sənəd qəbulunun vaxtı uzadılıb

Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura və dissertanturasına sənəd qəbulu ilə bağlı edilmiş çoxsaylı müraciətləri nəzərə alaraq, sənəd qəbulunun vaxtı 10 may 2022-ci il saat 17:00-dək uzadılıb. © Mənbə: www.science.az

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Heydər Əliyevin anadan olmasının 99-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Tədbiri giriş nitqi ilə açan AMEA-nın RMİ-nun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir  Mərdanov Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət kimi daxil olan Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında tarixi xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışıb. Qeyd edib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müdrik siyasəti və […]

“Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastiklik nəzəriyyəsinin kvazistatik sərhəd məsələsinin dəqiq həll metodu” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında AMEA RMİ-nin “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastiklik nəzəriyyəsinin kvazistatik sərhəd məsələsinin dəqiq həll metodu”mövzusunda məruzə etdi. Məruzədə özlüelastiklik nəzəriyyəsinin kvazistatik sərhəd məsələsinin məruzəçi tərəfindən yaradılan səmərəli həll metodu təqdim edilir. ABŞ alimləri Y.Peng […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 10 may 2022-ci il tarixli 12 saylı iclasında saat 1000-da Günel Razim qızı Hacıyevanın “Tərtib Dirak operatorunun məxsusi və qoşulmuş vektor funksiyaları üzrə spektral ayrılışın yığılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün Link: […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirakına dair məlumat yer alıb. Bundan əlavə, AMEA-nın Ümumi yığıncağı, Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı, Milli Elmlər Akademiyasının elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatlar, AMEA-nın Rəyasət Heyətinin iclası, Molekulyar […]

ELAN

05 may “Ümumimilli lider Heydər Əliyevin 99 illiyi” münasibətilə 4 may saat 11:00 – da AMEA Riyaziyyat və Mexanika İnstitutunda tədbir keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər