Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

04 may 2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında AMEA RMİ-nin “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif  Xəlil oğlu Talıblı “Özlüelastiklik nəzəriyyəsinin kvazistatik sərhəd məsələsinin dəqiq həll metodu” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Özlüelastiklik nəzəriyyəsinin kvazistatik sərhəd məsələsinin məruzəçi tərəfindən yaradılan səmərəli həll metodu təqdim ediləcəkdir. ABŞ alimləri […]

Alim COVID-19 səbəbi ilə insanların sürətlə qocalması barədə xəbərdarlıq etdi

Molekulyar bioloq, Lomonosov adına Moskva Dövlət Universitetinin aparıcı elmi işçisi Maksim Skulaçev COVID-19-un orqanizmin qocalma prosesinə təsirindən danışıb. Bioloq bildirib ki, əgər peyvənd olunmamısınız  və COVID-19-a yoluxmusunuzsa, növbəti on ildə sağlamlıqla bağlı keçirməli olduğunuz bütün problemləri tez bir zamanda  hiss edəcəksiniz.  Bu, müəyyən mənada çox sürətli qocalmağa bənzəyir. Mütəxəssis qeyd edib ki, postkovid sindromu qocalığın gözlənilməz gəlişinə […]

F-r.e.d. Rəsulova Nazilə  “Membran dinamikasında avtomodel məsələlərinin yeni həll metodu” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin əməkdaşı f-r.e.d. Rəsulova Nazilə “Membran dinamikasında avtomodel məsələlərinin yeni həll metodu” mövzusunda məruzə etdi. Məsələdə əsasən, Smirnov-Sobolevin funksional invariant həllərinin, qapalı hamar kontura malik oblastlar üçün ümumiləşdirilməsinə həsr olunur. Bu yeni həllər, çevik membrana, dairəvi olmayan konusla zərbə məsələsinin, analitik həllini […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

İnstitutun baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdə duran ilk məsələ şöbələrin 2022-ci ilin birinci rübü üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında məlumatların dinlənilməsi olub. Tədbirdə, AMEA Riyaziyyat və Mexanika İnstitututnun Fəlsəfə doktoru hazırlığı üzrə doktorantların attestasiyası (9 nəfər), fəlsəfə  doktoru (11 nəfər) […]

“Funksional Analiz” şöbəsinin r.e.d., professor Nigar Məhər qızı Aslanova «Dördüncü tərtib diferensial operator tənlik üçün sərhəd məsələləri barədə» mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Funksional Analiz” şöbəsinin r.e.d., professor Nigar Məhər qızı Aslanova «Dördüncü tərtib diferensial operator tənlik üçün sərhəd məsələləri barədə» mövzusunda məruzə etdi. Məruzədə dördüncü tərtib diferensial operator ifadə ilə doğrulmuş minimal operatorun fəzadan çıxmaqla öz-özünə qoşma genişlənmələrinin təyin oblastları verilir, diskret və ya kəsilməz […]

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanovun, professor Telman Məlikovun və r.ü.f.d. Samin Məlikin məqaləsi beynəlxalq bazaya daxil olan, Q1 kvartilli jurnalda çap olunmuşdur

Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun, baş elmi işçi, fizika riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun və riyaziyyat üzrə fəlsəfə doktoru Samin Məlikin Web of Science bazasına daxil olan “Journal of Computational and Applied Mathematics” jurnalında, “Necessary conditions for the extremum in non-smooth problems of variational […]

Faydalı linklər