Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

OpenAI GPT-5 versiyasına yeni funksiyalar əlavə edib

OpenAI GPT-5 modelində istifadəçilərlə daha səmimi və təbii danışacaq yeni danışıq üslubu hazırlayır. Bu, əvvəlki GPT-4o modelində bəzən istifadəçiləri narahat edən cavablardan fərqli olacaq. Buradakı “narahat edən” cavab dedikdə, modelin bəzən səhv, uyğun olmayan və ya istənilən tərzdə olmayan cavablar verməsi nəzərdə tutulur. Sem Altman bildirib ki, gələcəkdə istifadəçilər GPT-5-in danışıq tərzini və üslubunu özlərinə […]

Çin bütün gücünü robototexnikaya yönəldib

Pekində Dünya Robot Texnologiyaları Konfransı (World Robot Conference, WRC) açılıb və burada onlarla Çin startapı humanoid (insanabənzər) robotlarını təqdim edib. Tədbir, belə qurğuların kütləvi satışları hələ geniş miqyasda başlamasa da, yerli robot texnologiyalarına investor marağının artdığı bir vaxtda keçirilib. Konfrans çərçivəsində, tədbirin keçirildiyi yerin yaxınlığında Robot Mall – təxminən 50 humanoid modelinin artıq satışda olduğu ticarət məkanı – da açılıb. Sərgidə […]

ABŞ İT şirkətləri süni intellekt səbəbilə yeni işçi qəbulunu dayandırırlar

Böyük texnologiya şirkətləri, o cümlədən Intel, IBM və Google, vəzifələri süni intellekt vasitəsilə avtomatlaşdırmağa yönələrək müvəqqəti olaraq işçi qəbulunu dayandırırlar. Analitiklər proqnozlaşdırırlar ki, yaxın 5 ildə süni intellekt sahədə məşğulluq strukturunu dəyişəcək. ABŞ texnologiya şirkətləri insan resursları siyasətlərini fəal şəkildə yenidən qurur və üstünlüyü süni intellektə verirlər. Ştatı genişləndirmək əvəzinə, işə qəbul prosesini dondururlar, gözləyirlər ki, süni intellekt yaxın illərdə bəzi […]

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

24–25 sentyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi və “Times Higher Education” beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək. “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunan sammitdə 50-dən artıq beynəlxalq spikerin, 150-yə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir. Sammit çərçivəsində qlobal tədqiqatın […]

Türkiyədə yeni ali təhsil proqramlarının tətbiqinə başlanılır

Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən yeni tədris ilindən məşğulluğu prioritetləşdirən və mövcud tendensiyalarla, ilk növbədə, informatika, süni intellekt, yaşıl iqtisadiyyat, səhiyyə və kənd təsərrüfatında rəqəmsal transformasiya ilə inteqrasiya edən 27 yeni proqramın tətbiqinə başlanılır. Bu proqramlardan üçü bakalavr, 24-ü isə magistr təhsil səviyyələrini əhatə edir və onlar Şura tərəfindən gənclərə təqdim olunan “2025 Ali […]

Azərbaycan riyaziyyatçıları – Ələddin Mahmudov

Mahmudov Ələddin Pirqasım oğlu, qeyri-xətti inteqral tənliklər sahəsində mütəxəssis, 11 avqust 1934-cü ildə Gürcüstan SSR Qarayazı (indiki Qardabani) rayonunun Təzəkənd kəndində anadan olmuş, ibtidai təhsilini 1943-1947-ci illərdə Təzəkənd ibtidai məktəbində almış, 1947-1951-ci illərdə Tatyanovka (indiki Kalininskaya) 8 illik məktəbində, 1951-1952-ci illərdə Tbilisi şəhərinin 37 saylı Azərbaycan orta məktəbində, 1952-1954-cü illərdə Qardabani rayonunun Azərbaycan orta məktəbində […]

Faydalı linklər