07/08/2025
Dünya İqtisadi Forumunun (DİF) son hesabatında bildirilir ki, qarşıdakı bir neçə ildə süni intellekt (AI) təqribən 9 milyona yaxın iş yerinin itirilməsinə səbəb olacaq. Bununla belə, AI həm də işçi qüvvəsinin inkişafı üçün yeni imkanlar yaradır. “Respublika” xəbər verir ki, DİF süni intellektin inkişafının bir neçə aspektdən təhlilini təqdim edib. Etika və ünsiyyət Süni intellekt […]
07/08/2025
Araşdırma göstərir ki, helium hidridi ilə neytral hidrogen və deyterium arasındakı reaksiyalar erkən kainat kimyasında əvvəl düşünüldüyündən daha mühüm rol oynayıb. Alimlər kainatın ən ilkin anlarında baş vermiş əsas kimyəvi reaksiyaları yenidən yaratmağa müvəffəq olublar. Onlar ilk ulduzların necə yarandıqlarını anlamağa kömək edəcək təəccüblü nəticələr əldə ediblər. 13.8 milyard il əvvəl baş vermiş Böyük partlayışdan dərhal sonra kainat çox sıx və isti bir […]
06/08/2025
Astronomlar bildiriblər ki, hesablamalara görə, avqustun 5-də Yer kürəsinin Günəş günü adi 24 saatdan bir neçə millisaniyə az davam edən ən qısa günlərdən biri olub. Belə ki, 1,25 millisaniyəlik cüzi fərq təbii olaraq görünməsə də, Yerin fırlanmasında dəyişən tendensiyaları öyrənən alimləri cəlb etmək üçün kifayət olub. Adi 24 saatlıq Günəş günü günortadan günortaya qədər ölçülür […]
06/08/2025
Əliyev Rəşid Əvəzağa oğlu 6 avqust 1974-cü ildə Cəlilabad şəhərində anadan olmuş, 1990-cı ildə Cəlilabad şəhər 8 nömrəli orta məktəbi qızıl medalla bitirmiş və həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1995-ci ildə Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək universitetin 01.01.01-Riyazi analiz ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. Aspirantura müddəti başa çatmamış, 1998-ci […]
05/08/2025
Nils Henri Abel 5 avqust 1802-ci ildə Norveçin Finnöy adasında dünyaya gəlmişdir. Ailəsi kasıb idi və erkən yaşlarında atasının ölümündən sonra ailə vəziyyəti daha da ağırlaşmışdır. Buna baxmayaraq, onun istedadı gimnaziya müəllimi Bernt Holmboe tərəfindən kəşf edilir və Abelin elmi inkişafında Holmboe-nin dəstəyi həlledici rol oynayır. Abel 1821-ci ildə Kristianiya Universitetində (indiki Oslo Universiteti) təhsil […]
05/08/2025
ABŞ-ın Merilend Universitetinin alimləri tibbdə ən çətin problemlərdən birini həll edərək inqilabi yeniliyə imza atıblar. Belə ki, mütəxəssislər toz halında süni qan hazırlayıblar. “ErythroMer” adı verilən innovativ maddə sadəcə su əlavə etməklə bir neçə dəqiqə ərzində transfuziyaya hazır olur. O soyuducuya ehtiyac duymadan illərlə saxlanıla bilər ki, bu da xəstəxanadan kənar qəzalar və ya xəsarətlər […]