Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı yer alıb. Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, AMEA və Fransanın Monpelye Universitetinin Birgə Seçki Komissiyasının onlayn görüşü, “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda konfrans, Biologiya […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Qurban bayramı münasibəti ilə tədbir keçirilib

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışan əməkdaşların, sosial rifahının yaxşılaşdırılması üçün davamlı olaraq tədbirlər həyata keçirilir. Müsəlman dünyasının […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun şöbələri yarımillik hesabat verib

16 iyul 2021-ci il AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib. İclası institutun  baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.  Professor Misir Mərdanov  institutun şöbələrin 2021-ci ilin 6 ayı ərzində görülmüş işlərin yekunlarına dair hesabatları təqdim edib, əldə […]

ELAN

Elmi Şura üzvlərinin nəzərinə! 16 iyul 2021-ci il tarixində saat 11:00 da ZOOM-la Elmi Şuranın iclası keçiriləcək. İclasda 2021-ci ilin birinci yarımiliyi üzrə elmi və elmi-təşkilatı fəaaliyyəti haqqında  hesabat  dinləniləcək. İclasa qoşulmaq üçün https://us04web.zoom.us/j/8728292176?pwd=bHRVZDhWUThWSFVOQUhlQ2VydlRZZz09 Meeting ID: 872 829 2176 Parol: 7z1Vmc © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Riyaziyyatçı alimlərin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.ed. Rövşən Bəndəliyevin və şöbənin dissertantı Kəmalə Səfərovanın həmmüəllifi olduğu məqalə  Clarivate Analytics elmmetrik bazasında referatlaşdırılan, Q1 kvartilində yerləşən və impakt faktoru 1.736 olan  “Linear and Multilinear Algebra”  jurnalının saytında yerləşdirilmişdir. “Lp)  0 < p ≤ 1-qrand Lebeq fəzasında Hardi tipli bərabərsizliklər” adlı məqalədə monoton […]

Əlimirzəyeva Vəfa xanımı 50 yaşı münasibətilə təbrik edirik!

Əlimirzəyeva Vəfa Fərhad qızı 15 iyul 1971-ci ildə Qəbələ şəhərində anadan olmuşdur.1978-ci ildə Bakı şəhərində 20 saylı orta məktəbin birinci sinifinə getmiş, 1988-ci ildə həmin məktəbi bitirmişdir. 1993-cü ildə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda mühasib vəzifəsində çalışmağa başlamışdır. 1998 – 1999-cu illərdə Dövlət Əmlak Komitəsində məsləhətçi vəzifəsində işləmişdir. 2000-ci ilindən hal-hazırkı vaxta kimi Riyaziyyat […]

Faydalı linklər