14/06/2021
Riyaziyyat və Mexanika İnstitutunda ixtisas fənləri üzrə doktorluq imtahanlarının keçirilməsi 01 iyul 2021-ci il tarixində saat 10:00-da nəzərdə tutulmuşdur (1202.01-Analiz və funksional analiz ixtisası üzrə, 1211.01-Diferensial tənliklər ixtisası üzrə). © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
13/06/2021
15 İyun Milli Qurtuluş Günü xalqımızın tarixinin parlaq səhifələrindən birini təşkil edir. Bu bayram şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli Qurtuluşa nail olunması prosesi respublikamızın sosial-iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni […]
13/06/2021
İnsanlardan ibarət 3 böyük könüllü qrupunu əhatə etmiş yeni tədqiqat onu göstərib ki, insan xərçəng, ürək-damar və ya digər xəstəliklərə tutulmasa da onun orqanizmi çalışma müddəti üzrə limitə sahibdir. Tədqiqat nəticəsində məlum olub ki, bu limit 120 ildən 150 ilə kimi təşkil edir. Bu cür nəticələr alimləri qocalma prosesi ilə bağlı fundamental suallara geri qaytarırlar. Belə […]
13/06/2021
12.06.2021-ci il tarixdə Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Həmkarlar İttifaqının sədri dos. İ.Mirzəzadənin təşkilatçılığı ilə, Quba rayonuna bir günlük gəzintiyə getmişlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
11/06/2021
11 iyun 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasada Azad Məmməd oğlu Bayramovun “Şturm-Liuvill tipli operatorların məxsusi ədədlərinin asimptotikası və izlərinin tədqiqi” mövzusunda 1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi üçün növbəti mərhələyə buraxılması müzakirə […]
11/06/2021
İyunun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, yeni tərkibdə Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyətinin aparat rəhbəri və aidiyyəti şəxslər iştirak ediblər. İclası AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq yığıncağın gündəliyi barədə iştirakçılara məlumat verib. Akademik Ramiz Mehdiyev ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə […]