05/10/2021
6 sentyabr 2021-ci il tarixində saat 1000-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin professoru Nihan Əlipənah oğlu Əliyev “Yeni törəmə, inteqral anlayışları və onların bəzi xassələri” mövzusunda məruzə ilə çıxış edəcək. İclasa qoşulmaq üçün https://us04web.zoom.us/j/4150128029?pwd=YmxoSXN1eGVFeWJGTjliZGRybG5Fdz09 Meeting ID: 415 012 8029 Parol: amea2021 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
05/10/2021
Riyaziyyat və Mexanika İnstitutunun İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin və “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Mediterranean Journal of Mathematics” (https://www.springer.com/journal/9) 1.400 yüksək impakt faktorlu Q2 kateqoriyalı jurnalda dərc edilib. […]
04/10/2021
Oktyabrın 3-də tanınmış alim, Azərbaycanın və Rusiya Federasiyasının Dağıstan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Misir Mərdanovun 75 yaşı tamam olur. Bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Yusif Məmmədov diqqətə çatdırıb ki, Misir Cumayıl oğlu Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistan Respublikasının Göyərçin […]
03/10/2021
AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun 75 yaşı tamam olur. Mərdanov Misir Cumayıl oğlu 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1969-cu ildə Universitetin Mexanika-riyaziyyat […]
02/10/2021
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 oktyabr 2021-ci il Mənbə: http://president.az © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
01/10/2021
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 33-cü nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti yer alıb. Nəşrin növbəti səhifələrində AMEA prezidenti, akademik Ramiz Mehdiyevin 27 sentyabr – Anım Günü ilə bağlı Akademiya kollektivinə müraciəti, AMEA nümayəndələrinin Minskdə beynəlxalq elmi-praktik […]