Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

COST proqramında iştirak üçün 40 yeni layihə təsdiqlənib

Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) Fəaliyyəti üzrə 40 yeni layihə təsdiq edilib. Azərbaycanlı alim və mütəxəssislər bu layihələrə qoşula bilərlər. Bunun üçün uyğun layihə seçilməli və layihə rəhbərinə müraciət məktubu göndərilməlidir. Müraciət ilə əlaqəli ətraflı məlumat COST üzrə milli əlaqələndirici şəxs İlham Hümbətov (əlaqə: [email protected]) və ya AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq […]

Professor Fərman Məmmədov “Bir sinif qeyri-müntəzəm cırlaşmalı elliptik tənliklər üçün müsbət həllin varlıq məsələsi” mövzusunda məruzə edib

02 İyun 2021-ci il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda onlayn formatda keçirilən Ümuminstitut seminarında  “Riyazi Fizika Tənlikləri” şöbəsinin baş elmi işçisi, f.r.e.d., professor Fərman Məmmədov “Bir sinif qeyri-müntəzəm cırlaşmalı elliptik tənliklər üçün müsbət həllin varlıq məsələsi” mövzusunda məruzə etmişdir. Məruzə Puankare-Sobolev tipli bərabərsizlikər sahəsində müəllifin əldə etdiyi yeni nəticələrin tətbiqi ilə yeni sinif qeyri-müntəzəm elliptik […]

Avstraliyalı alimlər vaksini əvəz edəcək preparat hazırlayıblar

Avstraliyalı alimlər COVID-19-un profilaktikası və müalicəsi üçün peyvəndlər əvəzinə istifadə edilə biləcək iki yeni preparat hazırlayıblar. Bu barədə Brisbendə yerləşən Berghofer Tibbi Tədqiqat İnstitutunun alimləri “Nature Cell Discovery” elmi jurnalında məqalə dərc ediblər. Tədqiqatçıların sözlərinə görə, COVID-19 ağır formalarının qarşısının alınması və müalicəsi üçün hazırlanan hər iki dərman SARS-CoV-2 virusunun özünə deyil, hücum etdiyi hüceyrələrə […]

E L A N

02.06.2021-ci il tarixində saat 11:00-da Ümuminstitut seminarında Riyazi Fizika tənlikləri şöbəsinin baş elmi işçisi, f.r.e.d., prof. Fərman İmran oğlu Məmmədov “Bir sinif qeyri-müntəzəm cırlaşmalı elliptik tənliklər üçün müsbət həllin varlıq məsələsi” mövzusunda məruzə edəcəkdir. Məruzə zamanı Puankare-Sobolev tipli qeyri-müntəzəm çəkili bərabərsizlikər sahəsində müəllifin əldə etdiyi yeni nəticələrdən istifadə edərək yeni sinif cırlaşan Şrendinger tipli tənliklər […]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Türkiyənin milli təhsil naziri Ziya Selçukla görüşünə dair məlumat yer alıb. Nəşrin növbəti səhifələrində AMEA-nın Ümumi yığıncağı barədə məlumat, AMEA-nın Ümumi yığıncağının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, akademik Ramiz Mehdiyevin 28 May – Respublika Günü münasibətilə […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

31 may 2021-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Çinarə Arif qızı Hacıyeva “Hipersinqulyar inteqral operatorların approksimasiyaları və onların tətbiqləri”  mövzusunda  1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Çinarə Arif qızı Hacıyeva dissertasiya işini müvəffəqiyyətlə müdafiə […]

Faydalı linklər