10/11/2025
12.11.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi-fizika tənlikəri” şöbəsinin baş elmi işmisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov”Elliptik və parabolik tənliklər üçün Harnak bərabərsizliyi haqqında” məruzə ilə çıxış edəcək. Məruzədə Harnak bərabərsizliyi üzrə müxtəlif tənliklərdən qısa icmal […]
10/11/2025
Əliyev Rafiq Musa oğlu, 10 noyabr 1937-ci ildə Astara şəhərində anadan olmuşdur. 1956-cı ildə Cəlilabad rayonunun Prişib qəsəbə orta məktəbini müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” şöbəsinə daxil olmuşdur. 1961-ci ildə universiteti bitirərək Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin nəzdində 01.01.01 – riyazi analiz ixtisası üzrə aspiranturaya daxil olmuşdur. […]
09/11/2025
Üçrəngli Azərbaycan Bayrağı hər bir soydaşımızın qəlbində qürur, sevinc və vətənpərvərlik duyğuları oyadır. Çünki bu bayraq xalqımızın azadlıq iradəsini, dövlətçiliyimizin əzəmətini və müstəqillik rəmzini ifadə edir. Bu bayraq illər boyu xalqımızın azadlıq mübarizəsində ümid işığı olub. O, gah istiqlal uğrunda mücadilənin simvoluna çevrilib, gah da zəfərlə dolu günlərdə qalibiyyətin nişanəsi kimi dalğalanıb. Yurdumuzun qəhrəman oğulları […]
08/11/2025
Bu gün xalqımızın qürur və zəfər günüdür! 8 Noyabr – Zəfər Bayramı münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik. Bu gün Vətənimizin azadlığı və suverenliyi uğrunda canını fəda edən qəhrəman şəhidlərimizi dərin ehtiramla yad edirik. Ordumuzun igidliyi, xalqımızın birliyi sayəsində qazandığımız bu tarixi qələbə Azərbaycan dövlətçiliyinin ən parlaq səhifəsidir. Qoy bu zəfər ruhu daim yaşasın, […]
07/11/2025
Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib. Festivalda dövlət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji, şagird kollektivləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət […]
07/11/2025
Cənubi Koreyanın Seul şəhərində “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin təşkilatçılığı və Koreya Universitetinin ev sahibliyi ilə “QS Ali Təhsil: Asiya və Sakit Okean” sammiti keçirilib. “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, sammit çərçivəsində “QS Stars” beynəlxalq qiymətləndirmə sistemindən uğurla keçən ali təhsil […]