Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, dosent Mehriban Məmmədovanın 55 yaşı münasibətilə təbrik edirik!

Mehriban Əli qızı Məmmədova 23 may 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1983-cü ildə Bakı şəhərində A.Şaiq adına 54 saylı məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. Mehriban Məmmədova 1988-ci ildə Azərbaycan Dövlət Universitenin mexanika – riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. […]

Ermənistan revanşizmdən, terrorizm üsullarından əl çəkməlidir

Beynəlxalq səviyyədə getdikcə böyük nüfuz qazanan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə bir çox mühüm məsələlərə toxunulub. Prezident İlham Əliyevin həmin müzakirələrdə diqqətə yönəltdiyi bir neçə məqam barədə fikirlərimi bölüşmək istərdim. Əvvəlcə onu deyim ki, dövlətimizin başçısı müzakirələrdə Azərbaycanın uzun illər ərzində öz ərazi bütöv­lüyünün […]

AMEA – Riyaziyyat Mexanika Institutunun keçmiş professoru Prof. İlham Əliyev haqqın rəhmətinə qovuşmuşdur

AMEA – Riyaziyyat Mexanika Institutu nun və ADPU-nun keçmiş professoru və Xəzər universitetinin professoru, dəyərli müəllim Prof. Dr. İlham Əliyev haqqın rəhmətinə qovuşmuşdur. Mərhumun doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan səbr diləyirik. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Fransa – Azərbaycan Universiteti ilə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu arasında elmi əlaqələrin yaradılması və inkişafı perspektivləri müzakirə olunmuşdur

21 may 2021-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Fransa – Azərbaycan Universitetinin Elmi tədqiqatlar departamentinin rəhbəri dr. Philippe Tureki, baş katibi dr. Elizaveta Bydanovanı və direktoru dr. Vazeh Əsgərovu qəbul etmişdir. Qəbul zamanı  Fransa – Azərbaycan Universiteti ilə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu arasında elmi əlaqələrin […]

“Elm” qəzetinin yeni sayı nəşr olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşada “Xarıbülbül” festivalında iştirakına dair məlumat yer alıb. Nəşrin növbəti səhifələrində AMEA-da “Müstəqillik yollarında: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda keçirilən elmi konfrans, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Qələbə günü və Ramazan […]

Azərbaycanlı alimlərin məqaləsi “Springer” nəşriyyatında işıq üzü görüb

Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun və akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə çapdan çıxıb. “Springer” nəşriyyatının nüfuzlu “Mechanics of Composite Materials” impakt faktorlu jurnalında işıq üzü görən məqalə “İlkin qeyri-bircins istilik gərginlikli içiboş ikiqatlı silindirdə burulma dalğalarının dispersiyası” adlanır. © Mənbə: www.science.az

Faydalı linklər