Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 154 988 353 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur. Virusdan 3 241 164 xəstə ölüb, 132 469 249 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (33 274 659 nəfər), Hindistan (20 665 148 nəfər), Braziliya (14 860 812 nəfər), Fransa (5 680 378 nəfər) və Türkiyədir (4 929 118 […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 18 may 2021-ci il tarixli iclasında  saat 1100-da f-r.e.n., dos. Rakib Feyruz oğlu Əfəndiyevin “Öz-özünə qoşma olmayan Hill operatoru üçün düz və tərs məsələlər” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. […]

“Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, dosent Arzu Əliyevanın 55 yaşı münasibətilə təbrik edirik!

Arzu Qəmbər qızı Əliyeva 04 may 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Bakı şəhərində 52 №-li orta məktəbi əlaçı olaraq bitirmişdir. R.ü.f.d. Arzu Qəmbər qızı Əliyeva 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1988-1992-ci illərdə Azərb. SSR EA Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor Bürosunda mühəndis, 1992-1996-cı illərdə Bakı […]

AMEA Riyaziyyat ve Mexanika İnstitutunun HİK-si 03.05.2021-ci il tarixində Ramazan Bayramı münasibəti ilə İnstitutun akt zalında tədbir keçirmişdir

Tədbiri giriş sözü ilə açan AMEA Riyaziyyat ve Mexanika Institutunun HİK-nin sədri dos. İradə Mirzəzadə dünyada, eləcə də Azərbaycanda yayılmış Covid-19 infeksion xəstəliyi barədə məlumat verərək bildirmişdir ki, dövlət başçısının ciddi nəzarəti altında koronavirusun yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Daha sonra Komitə sədri dos. […]

İqlim dəyişiklikləri Yer oxunun əyilmə bucağını dəyişib

Alimlərin tədqiqatları göstərmişdir ki, iqlim dəyişikliyi Yer oxunda yer dəyişmələrə səbəb olmuşdur. Bu, okean cərəyanlarındakı dəyişikliklər və ya planetin dərinliklərində maqmanın konveksiyası kimi təbii hadisələr səbəbindən Yer kütləsində yenidən bölüşdürmə baş verir. Çin Elmlər Akademiyasının Coğrafiya və Təbii Sərvətlər İnstitutunun tədqiqatçıları 1990-cı illərin əvvəllərinə nisbətən eksenin nəzərəçarpacaq dərəcədə yerdəyişməsi ilk dəfə süni iqlim dəyişiklikləri, daha […]

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 717 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 685, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 032 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 516 923, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 975 208, ikinci […]

Faydalı linklər