Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-da görkəmli şəxslərin adına fəxri diplom təsis olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında bir sıra görkəmli şəxslərin adına fəxri diplomun təsis edilməsi haqqında qərarlar qəbul olunub. AMEA-nın “Aziz Sancar fəxri diplomu”nun təsis edilməsi haqqında məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, 3 iyun 2024-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasında Nobel mükafatı laureatı, AMEA-nın […]

Doktorantura səviyyəsi üzrə seçim meyarları müəyyənləşib

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” iştirakçılarının doktorantura səviyyəsi üzrə seçim meyarları müəyyənləşib. nk.gov.az

Bu gün Yel çərşənbəsidir

Azərbaycan xalqının qədim bayramlarından biri olan Novruzun gəlişi dörd çərşənbə ilə müjdələnir. Yel çərşənbəsi – Novruzun üçüncü müjdəçisidir. Bu çərşənbə yazın nəfəsini, təbiətin canlanmasını simvolizə edir. Bu çərşənbə xalq arasında “Külək çərşənbəsi” və ya “Yelli çərşənbə” kimi də tanınır. Xalq inancına görə, bu çərşənbədə yerin altındakı sular oyanır, hava isinməyə başlayır və küləklər torpağa can […]

İnsan beyin hüceyrələrinə əsaslanan ilk kompüter yaradılıb

Avstraliyanın Cortical Labs şirkəti insan neyronları və silikon çipləri birləşdirən dünyanın ilk kommersiya biokompüteri olan CL1-i təqdim edib. Yeni sistem ənənəvi süni intellektdən daha sürətli öyrənmək və daha az enerji sərf etməklə hesablamada inqilab edəcəyini vəd edir. CL1 sintetik bioloji intellekt texnologiyasına əsaslanır. Cihazın içərisində pluripotent kök hüceyrələrdən yetişdirilən canlı neyronlar üzvi hesablama şəbəkəsi təşkil edir. Onlar […]

ELAN

12 mart 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keciriləcək. Seminarda ”Tətbiqi riyaziyyat şöbəsi” nin müdiri, mexanika elmləri doktoru, dosent Elxan Abbasov “Maye-qaz qarışığının kütləköçürmə və mübadilə nəzərə alınmaqla boruda hərəkət dinamikası” mövzusunda məruzə edəcək. Məruzədə maye-qaz qarışığının kütləköçürmə və mübadiləsi nəzərə alınaraq boruda qeyri-stasionar […]

8 Mart- Beynəlxalq Qadınlar Bayramınız Mübarək!

Əziz xanımlar! Sizi 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi gəlbdən təbrik edirik! Sizlərin cəmiyyətimizin intellektual və mədəni inkişafındakı rolu əvəzsizdir. Siz elmin,təhsilin,mədəniyyətin və ictimai həyatın müxtəlif sahələrində,eyni zamanda,milli estetik zövgün formalaşmasımda bilik və bacarıqlarınızla mühüm nailiyyətlər əldə edərək,cəmiyyətimizin tərəqqisinə dəyərli töhfələr verirsiniz. Bu əlamətdar gündə Sizə möhkəm sağlamlıq,şəxsi və peşəkar fəaliyyətinizdə yeni uğurlar,ailə və […]