Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq qərara alıram: Hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 aprel 2018-ci il. president.az

Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 1,5 minə yaxınlaşdı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər […]

İnsan dərisindən enerji yığan bilərzik hazırlanıb

Alimlər batareyaları doldurmaq üçün insan bədənindən enerji yığan bilərzik hazırlayıblar. “Haber Global”ın məlumatına görə, bu barədə “Science Advances” elmi jurnalında məqalə dərc olunub. ABŞ-ın Kolorado Boulder Universitetində hazırlanan cihaz bədən istiliyini elektrikə çevirən termoçiplə təchiz olunub. Onun sayəsində insanlar mobil telefonlarını və ya “ağıllı” qol saatlarını istənilən zaman enerji ilə doldura bilərlər. Bilərziyin dərinin hər […]

İntihar edənlərin beynindəki fərq açıqlanıb

Xroniki depressiya beyindəki astrotsitlərin sayının kəskin azalması ilə əlaqəlidir.   Bu barədə Duqlas Universitetinin Psixi Sağlamlıq İnstitutunun kanadalı mütəxəssisləri bildirir.  Tədqiqatçılar intihar edən və depressiya diaqnozu qoyulan kişilərin beyin toxumasını zehni sağlam insanlardan alınan nümunələrlə müqayisə etdikdən sonra bu nəticəyə gəliblər. Araşdırma müəllifləri bu dəyişikliklərin beynin pozulmasına və depressiv simptomların ortaya çıxmasına səbəb ola biləcəyini etiraf etsələr […]

Gələn həftədən 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır

Azərbaycan yanvar ayından vaksinasiyaya başlayıb və proses davam edir. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, 500 mindən artıq şəxs vaksin olunub: “Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur. Gələn həftədən başlayaraq, 40 yaşdan yuxarı vətəndaşların da vaksinasiyası başlanacaq. Əsasən, Bakı, Sumqayıt […]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına, eləcə də Şuşa şəhərinə səfərlərini əks etdirən məlumat yer alıb. Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Novruz bayramı münasibətilə təbriki, “Heydər Əliyev lektoriyası”nın növbəti […]

Faydalı linklər