23/04/2021
23 aprel 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Elnarə Buxsay qızı Axundovanın “Üçüncü tərtib adi diferensial operatorlara uyğun spektral ayrılışların yığılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor […]
21/04/2021
Aprelin 21-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. Tədbiri İnstitutun baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq Riyaziyyat və Mexanika İnstitutunun şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında 2021-ci ilin I rübü üzrə hesabatları diqqətə çatdırıb. Bildirib ki, AMEA Rəyasət Heyətinin 6 aprel 2021-ci il tarixli qərarı […]
21/04/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncüklik nəzəriyyəsi”, “Tətbiqi riyaziyyat” və “Maye və qaz mexanikası” şöbələrinin birgə iclasıNDA (qismən əyani eyni zamanda distant şəkildə) 21 aprel 2021-ci il tarixində saat 12:00-da Pərviz Tofiq oğlu Müseyiblinin “Heterogen maye hidrodinamikasında sərhəd qatda yaranan effektlərin tədqiqi” mövzusunda 2003.01-maye, qaz və plazma mexanikası ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin […]
21/04/2021
21 aprel 2021-ci il saat 10:30-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə “Qeyri-harmonik analiz”, “Riyazi analiz” və “Funksional analiz” şöbələrinin birgə iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Gülər Vidadi qızı Məhərəəmovanın “Sərhəd şərtinə spektral parametr daxil olan bir sinif kəsilən diferensial operatorun spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz […]
21/04/2021
Yaponiyalı tədqiqatçılar 5 dəqiqədə koronavirusu aşkar edə biləcək test üsulu hazırlayıblar. NHK məlumat verir ki, yeni metodun müəllifləri ölkənin RIKEN Tədqiqat İnstitutu və Tokyo Universitetinin tədqiqatçılarıdır. Belə ki, testin bir hissəsi olaraq götürülmüş nümunələr hər kvadrat santimetrə bir milyon girintisi olan şüşə lövhəyə qoyulur. Mikroskopik formalaşdırma texnologiyası ilə yaradılan şüşə lövhənin çuxurları hər birində ayırıcıları […]
21/04/2021
Dünyada 143 563 452 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur. Virusdan 3 057 781 xəstə ölüb, 121 937 981 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (32 536 470 nəfər), Hindistan (15 616 130 nəfər), Braziliya (14 050 885 nəfər), Fransa (5 339 920 nəfər) və Rusiyadır (4 718 854 […]