14/02/2021
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaq üçün Füzuli rayonuna gəldi. Məlumat verildi ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti […]
14/02/2021
Qadın və qızların elmdə rolunun artırılması və bu sahədə gender bərabərliyinin təmin edilməsi zamanın tələbidir. İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) bu istiqamətdə göstərdiyi səyləri davam etdirəcək. AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Beynəlxalq Kral Elm Akademiyasının (RASIT) təşkilatçılığı ilə keçirilən videokonfransda çıxışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik […]
13/02/2021
Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-nın Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü ilə mümkün olub. Bəyanatda qeyd edilib ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin, təbliğ etməklə […]
13/02/2021
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in rəhbəri, akademik Rasim Əliquliyev, bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, təhsil, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, eləcə də gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər. Gündəliyə əsasən, […]
13/02/2021
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton ilə görüşü yer alıb. Nəşrin növbəti səhifələrində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası, “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” mövzusunda keçirilən […]
12/02/2021
Rusiya sülhməramlıları Şuşanın infrastrukturunu bərpa etmək üçün inşaat materialları ilə dolu 60-dan çox Azərbaycan yük maşınını müşayiət edib. Rusiya Federasiyası Müdafiə Nazirliyindən verilən məlumata görə, sülhməramlı kontingentin hərbi heyəti Azərbaycanın istəyi ilə iki konvoyun hərəkətinin təhlükəsizliyini təmin edib. “Rusiya sülhməramlı kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə və bölgədə dinc həyatın bərpasına töhfə verməyə davam edəcək”, – deyə […]