10/02/2021
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 14-də doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru, fevralın 15-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanları keçirəcək. Doktoranturaya qəbul olunmaq istəyən namizədlər və fəlsəfə doktoru iddiaçıları üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyənləşdirən imtahan proqramları, həmçinin xarici dillər üzrə imtahanın […]
09/02/2021
Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2021-ci il fevralın 9-dan 18-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün […]
08/02/2021
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 28 yanvar 2021-ci il tarixli 6/2 nömrəli qərarına əsasən AMEA Riyaziyyat və Mexanika İnstitutunda işləyən qeyri-elmi işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasının tutduğu vəzifəyə uyğunluğunun, həmçinin işçilərin işinin səmərəliliyinin müəyyən edilməsi məqsədi ilə attestasiya keçirilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
07/02/2021
Diasporla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş videokonfrans keçirilib. Bu barədə Diasporla İş Üzrə Dövlət komitəsi məlumat yayıb. Videokonfransda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Elşad Əliyev, Valeh Hacıyev, Vaqif Seyidbəyov, Azərbaycan, […]
06/02/2021
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi nəşr edilib. Qəzetin ilk səhifəsində ölkə başçısı İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” və “2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncamları yer alıb. Nəşrin növbəti səhifələrində AMEA rəhbərliyinin Lütfi Zadənin Fəxri xiyabanda məzarını ziyarət etməsi, akademiyanın Rəyasət Heyətinin […]
05/02/2021
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq tibb işçilərinin vaksinasiya prosesi uğurla davam edir. Artıq səhiyyə işçilərinin 70%-i vaksinasiyadan keçib. Strategiyaya uyğun olaraq fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi başlanılacaq. Bu mərhələnin nizamlı təşkil olunması məqsədilə 65 yaşdan yuxarı vətəndaşlarımızın 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet […]