Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş […]

Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilib. AZƏRTAC xəbər verir ki, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə […]

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 136 641 901 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur. Virusdan 2 949 409 xəstə ölüb, 109 881 553 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (31 918 591 nəfər), Hindistan (13 527 717 nəfər), Braziliya (13 482 543 nəfər), Fransa (5 058 680 nəfər) və Rusiyadır (4 641 390 […]

Dünyada üç ay sonra koronavirusa ən yüksək yoluxma

Dünyada son sutkada koronavirusa 747 min yeni yoluxma qeydə alınıb. Bu barədə TASS Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb. Sözügedən nəticə yanvarın 10-dan bu yana ən yüksək göstərici olub. Ölənlərin sayı sutka ərzində 13.5 min artıb. Ümumi ölüm sayı 2.9 milyona çatıb. www.oxu.az

Britaniyalı alimlər ilk dəfə havadan DNT yığıblar

Londonda  Kraliça Mariya adına Universitetinin alimləri tarixdə ilk dəfə olaraq insan və heyvan DNT-ni havadan ayıra biliblər, bu barədə  Science Focus nəşri yazır. Alimlər havadan götürdükləri nümunələrdən heyvan növlərini təyin etmək üçün ekoloji DNT “e-DNA”dan istifadəetmə ehtimalını araşdırıb. Tədqiqatçılar köstəbək siçanın DNT nümunələrini toplamaq üçün peristaltik bir nasos və təzyiqli filtrlərdən istifadə ediblər. Daha sonra […]

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciəti yer alıb. Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, kimyaçı alimlərin fotoelektrik günəş elementlərinin istehsalına töhfəsi, Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin 50 illik yubileyi, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi […]

Faydalı linklər