31/01/2021
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri, Azərbaycan milli istiqlal hərəkatının başçısı Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 137 il ötür. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə […]
30/01/2021
2021-2022-ci illər üzrə İslam İnkişaf Bankının Təqaüd Proqramı haqqında Bildiririk ki, İslam İnkişaf Bankı (İİB) 2021-2022-ci illər üzrə Təqaüd Proqramına dair məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etmişdir. Proqram çərçivəsində yerli tələbələr Azərbaycanda ən qabaqcıl universitetlərin birində bakalavr, magistr və doktorantura təhsilinin alınması, doktorantura təhsilindən sonra tədqiqat işinin aparılması, eyni zamanda peşə təhsilinin alınması və təlimlərin keçirilməsi […]
30/01/2021
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb. Qəzetin ilk səhifəsində ölkə başçısı İlham Əliyevin Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul etməsini əks etdirən məlumat yer alıb. Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclasları, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının yığıncağı, akademiyanın Azad Həmkarlar […]
29/01/2021
Dağlıq Qarabağ üzrə üçtərəfli işçi qrupu yanvarın 30-da bölgədəki nəqliyyat infrastrukturunun bərpası məsələlərini müzakirə edəcək. Bu barədə TASS-a Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib. “Mövzular Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı birgə bəyanata uyğun olaraq müəyyənləşdirilir. Hər şeydən əvvəl nəqliyyat infrastrukturunun inkişafı və bərpası […]
28/01/2021
Avstraliya və Fransadan olan alimlər adi üsullardan istifadə etməklə həlli mümkün olmayan, böyük rəqəmləri tez bir zamanda vurmaq üçün yüksək effektli alqoritm yaratmışlar. Sci-News verdiyi məlumata əsasən bu metodun axtarışına təxminən 50 il sərf olunub. Bu metodun köməyi ilə 30 saniyədən az müddət ərzində milyarddan çox işarədən ibarət olan rəqəmlərlə vurma əməliyyatı həyata keçirə bilər. […]
28/01/2021
Berlindən olan tədqiqatçılar Şrödinger tənliyini həll edə biləcək bir model təqdim etdilər. Bu, təcrübə olmadan molekulların kimyəvi və fiziki xassələrini hesablamaq imkanı verir. Berlin Azad Universitetindən olan bir qrup alim Şredinger tənliyinin kvant kimyasında əsas vəziyyətinin hesablanması üçün süni intellekt alqoritmini (Sİ) işləyib hazırlamışdır. Bu, molekulların kimyəvi və fiziki xüsusiyyətlərini yalnız atomların kosmosda yerləşdirilməsinə əsaslanaraq, […]