23/01/2021
Türkiyə-Azərbaycan-Pakistan birliyi Qarabağ məsələsində də üç ölkə tək ürək olub. “Haber Global”ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar “İstanbul” freqatının açılış mərasimində çıxış edərkən bildirib. O, İslamabadın Bakıya verdiyi dəstəyi də yüksək qiymətləndirdiyini deyib: “Pakistanlı qardaşlarımızın “üç dövlət – tək ürək” anlayışı ilə Azərbaycanın haqlı mübarizəsinə verdiyi dəstək bizlər üçün çox vacib […]
23/01/2021
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 705 nəfər müalicə olunaraq sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 228 min 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 219 min 724 nəfər müalicə olunaraq sağalıb, […]
23/01/2021
Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri, aparatın idarə və şöbə rəhbərləri iştirak ediblər. İclası akademik Ramiz Mehdiyev açaraq yığıncağın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. İclasın gündəliyinə çıxarılan ilk məsələ – AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələrilə bağlı çıxış edən […]
22/01/2021
Bu gün 2021-ci il yanvarın 22–də AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclasda institutun cari ildə həmçinin 5 il ərzində həyata keçiriləcək elmi və elmi-təşkilati fəaliyyət və aparılaçaq elmi tədqiqatlar ilə bağlı müzakirələr aparılıb. Tədbiri giriş nitqi ilə açan elmi müəssisənin direktoru AMEA –nın müxbir üzvü professor Misir Mərdanov bildirib ki, akademiyada […]
21/01/2021
Bilgəh (02.02-16.02 — 220AZN), Bilgəh (05.02-19.02 — 180 AZN), Bilgəh (20.02-06.03 — 180 AZN), Bilgəh (28.02-14.03 — 220AZN), Abşeron (10.02-24.02 — 150AZN), Abşeron (20.02-06.03 — 150AZN), Günəşli (05.02-19.02—150 AZN), Günəşli (11.02-25.02 — 150AZN), Günəşli (25.02-11.03 — 150AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə İradə Mirzəzadəyə […]
21/01/2021
Yanvarın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının cari ildə ilk iclası keçirilib. Onlayn tədbirdə FRTEB Elmi şurasının üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, təhsil, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, eləcə də Gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər. İclasın gündəliyində olan ilk məsələ – […]