Fevralın 20-də AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan […]
Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir və onu qoruyub saxlamalıyıq. Heydər Əliyev Təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları öyrənən biliklər sistemi kimi yaranan elmin tarixi qədim olsa da və istedadlı xalqımızın min ildən artıq bir dövrdə çoxsaylı parlaq zəka sahiblərini yetişdirdiyini bilsək də, dünyəvi elmlərin sistemli şəkildə öyrənilməsi tarixinin XIX əsrin sonu və XX əsrin […]
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. “Azərbaycan müəllimi” verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb. “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoruna verilib. muallim.edu.az
Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Builki Beynəlxalq Ana Dili Gününün mövzusu bu əlamətdar günün 25 illik yubileyinə həsr edilir. Hazırda dünyada olan 8324 dildən bir çoxu qloballaşma və sosial dəyişikliklər səbəbindən yox olmaq riski altındadır. Təhsil sistemlərinin öz ana dilində öyrənmək hüququnu dəstəkləməsi təlim nəticələrinin yaxşılaşdırılması üçün çox vacibdir. Beynəlxalq […]
“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən Azərbaycan ali təhsil müəssisələri üzrə “QS Stars” reytinq qiymətləndirməsi davam edir. Belə ki, qiymətləndirmənin yekunlaşdığı növbəti ali təhsil müəssisəsi olanAzərbaycan Dövlət İqtisad Universitetinin ümumi fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə, 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Dövlət İqtisad Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə […]
Böyük Britaniya alimlərinin son araşdırması göstərib ki, kvant reallığında zaman həm irəli, həm də geri axa bilər. Bu kəşf zamanın xətti olması ilə bağlı ənənəvi təsəvvürləri şübhə altına atır və əlavə tədqiqatlara ehtiyac yaradır. Ənənəvi olaraq, zaman keçmişdən gələcəyə doğru hərəkət edən xətti axın kimi qəbul edilir. Lakin Surrey Universitetinin Riyaziyyat və Fizika Məktəbi alimlərinin aparmış olduqları yeni araşdırma bu anlayışı şübhə altına atır. […]