Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Prezident İlham Əliyevin doğum günüdür

Dekabrın 24-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan kimi qarşılayır. Bildiyimiz kimi, bu ilin sentyabrın 27-dən noyabrın 10-dək düşmən təxribatlarına qarşı şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda “Dəmir yumruq” əməliyyatını həyata keçirib. İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi […]

İşğaldan azad edilmiş abidələr

Vətən müharibəsi nəticəsində Azərbaycanın 27 ildən artıq düşmən tapdağı altında qalan torpaqları azad olundu. Hazırda Qarabağ bölgəsində dağıdılan infrastrukturun bərpasına yönələn kompleks işlər aparılır, müxtəlif sahələrin dirçəldilməsi üçün təkliflər hazırlanır, tədbirlər planları təsdiq edilir. Təbii ki, işğaldan azad olunan ərazilərdə bizi ciddi işlər gözləyir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında da mühüm vəzifələr durur. […]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin onlayn iclası keçirilib

AMEA-nın Fizika-Riyaziyyat və Tex­­nika Elmləri Bölməsinin (FRTEB) Ümu­­mi yığıncağının illik hesabatlara həsr olunmuş on­layn ic­­­­lası keçirilib. Tədbirdə AMEA-nın vit­se-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Rasim Əli­qu­li­yev, Bakı Dövlət Universitetinin (BDU) rektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəs­sisələrin rəh­­bər­ləri, direktor müavinləri, elmi katibləri, həm­çi­nin əldə edilmiş mühüm elmi nə­ti­cə­lə­rin müəllifləri, icti­maiy­yət­lə əlaqələr, […]

Niderlandda kvant interneti yaradılacaq

Niderlandda kvant internetinin hazırlanmasına başlanılıb. Mütəxəssislər tərəfindən Amsterdamda gələcəkdə tam kvant internetinə çevriləcək lokal şəbəkənin inşası planlaşdırılır.  Ictnews.az-a istinadən bildirir ki, kvant interneti üzərində iş “KPN” operatoru, Niderland Təhsil və Tədqiqat Müəssisələri Assosiasiyası (SURF), eləcə də “OPNT” şirkəti tərəfindən aparılacaq. Rəhbərlik “Intel” şirkətindən kvant hesablama elementləri alan “QuTech” tədqiqat qrupu tərəfindən həyata keçiriləcək.   Məlumata görə, şəbəkə […]

İsrail həkimləri qocalma prosesini ləngitməyin üsulunu tapıblar

Tel-Əviv Universiteti və Şamir Tibbi Mərkəzinin tədqiqatlarına görə, barokamerada seansdan sonra hətta keçmişdə insult və ya beyin travmaları keçirmiş insanlarda beynin fəaliyyətinin yaxşılaşması qeyd edilib. Meddaily.ru– verdiyi xəbərə görə alimlərin fikrincə, barokamerada hiperbarik oksigenasiya  seansları ciddi somatik xəstəliklər keçirməmiş yaşlı insanlarda qocalma prosesini dayandıra bilər. Bu proses yüksək təzyiq altında orqanizmin toxumalarının oksigenlə zənginləşdirilməsini nəzərdə […]

“Elm” qəzetinin cari ildə 26-cı nömrəsi işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır” şüarı ilə bu il 26-cı nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımızın rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları minnətdarlıq məktubları yer alıb. Nəşrin növbəti səhifələrində Azərbaycan Respublikası Prezidentinin 2020-ci […]

Faydalı linklər