Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi. […]

E L A N

03 mart 2021-ci il saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası keçiriləcək. İclasda Çinarə Arif qızı Hacıyevanın “Hipersinqulyar inteqral operatorların approksimasiyaları və onların tətbiqləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək.  İclasa qoşulmaq üçün Подключиться […]

Fransa portalında Zəngilanla bağlı reportaj dərc olunub

Fransanın atlantico.fr onlayn resursunda Zəngilanla bağlı reportaj xarakterli məqalə dərc olunub. Bölgəyə səfər etmiş yazının müəllifi, siyasi elmlər doktoru Sebastyan Bussua bu şəhəri İpək Yolunun gələcək strateji qovşağı adlandırır. Onun sözlərinə görə, Zəngilan Bakıdan çox uzaq məsafədə yerləşir. Şəhərə aparan yol, bəlkə də ölkənin ən uzun diaqonal asfalt yoludur. “Şərqdən cənub-qərbə 350 kilometrdən çox məsafə Azərbaycanın paytaxtını […]

ÜST rəsmisi koronavirus pandemiyasının sona çatacağı tarixi açıqlayıb

“Koronavirus pandemiyası gələn ilin əvvəlində sona çatacaq”. PİA.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe “DR” Danimarka televiziyasına açıqlamasında bildirib. Üst rəsmisinin sözlərinə görə, bu, onun subyektiv fikri olaraq, sadəcə, proqnozdur: “İndiyə qədər heç kim vəziyyətin necə inkişaf edəcəyini dəqiq deyə bilməz. Ən pis ssenari arxada qaldı. Virus insanı tərk […]

Alimlər məlumatları birbaşa DNT-də saxlamağa müvəffəq olublar

CentralAsia (CA) Nyu-Yorkdakı Kolumbiya Universitetinin alimləri faktiki olaraq məlumatların saxlanılması və yazılması üçün canlı orqanizm hüceyrələrini miniatür qurğulara çevirməklə, istənilən rəqəmsal daşıyıcıdan məlumatları DNT-yə köçürən yeni texnologiya hazırlayıblar.     Yeni texnologiyanın bir sıra istifadə imkanları var. DNT-nin yığılma texnologiyasının özü yeni deyil. Genetik kodu təşkil edən azotlu əsaslar cəmi dörddür. Laboratoriya şəraitində onları zəncir […]

Respublikanın 7 şəhər və rayonunda magistraturaya qəbul imtahanı aparılıb

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib. DİM-dən AZƏRTAC-a bildirilib ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılıb. Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 19 min 885 bakalavr ərizə təqdim edib. İmtahan […]

Faydalı linklər