21/12/2020
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Rasim Əliquliyev, Bakı Dövlət Universitetinin (BDU) rektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, ictimaiyyətlə əlaqələr, […]
18/12/2020
Niderlandda kvant internetinin hazırlanmasına başlanılıb. Mütəxəssislər tərəfindən Amsterdamda gələcəkdə tam kvant internetinə çevriləcək lokal şəbəkənin inşası planlaşdırılır. Ictnews.az-a istinadən bildirir ki, kvant interneti üzərində iş “KPN” operatoru, Niderland Təhsil və Tədqiqat Müəssisələri Assosiasiyası (SURF), eləcə də “OPNT” şirkəti tərəfindən aparılacaq. Rəhbərlik “Intel” şirkətindən kvant hesablama elementləri alan “QuTech” tədqiqat qrupu tərəfindən həyata keçiriləcək. Məlumata görə, şəbəkə […]
18/12/2020
Tel-Əviv Universiteti və Şamir Tibbi Mərkəzinin tədqiqatlarına görə, barokamerada seansdan sonra hətta keçmişdə insult və ya beyin travmaları keçirmiş insanlarda beynin fəaliyyətinin yaxşılaşması qeyd edilib. Meddaily.ru– verdiyi xəbərə görə alimlərin fikrincə, barokamerada hiperbarik oksigenasiya seansları ciddi somatik xəstəliklər keçirməmiş yaşlı insanlarda qocalma prosesini dayandıra bilər. Bu proses yüksək təzyiq altında orqanizmin toxumalarının oksigenlə zənginləşdirilməsini nəzərdə […]
18/12/2020
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır” şüarı ilə bu il 26-cı nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımızın rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları minnətdarlıq məktubları yer alıb. Nəşrin növbəti səhifələrində Azərbaycan Respublikası Prezidentinin 2020-ci […]
17/12/2020
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də […]
17/12/2020
Türkiyə Silahlı Qüvvələrinin mina axtarma və təmizləmə üzrə 136 nəfərlik heyəti Azərbaycana gəlib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, türkiyəli hərbi mütəxəssislər işğaldan azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi işini həyata keçirəcək.