Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər koronavirusun insan beyninə necə daxil olduğunu öyrəniblər

Alimlər aşkar ediblər ki, beyinə daxil olmaq üçün koronavirus burnun selikli qişasının hüceyrələrindən istifadə edir. Yeni tədqiqatlar onu göstərir ki, koronavirus insanın mərkəzi sinir sisteminə təsir göstərir. Bu barədə Hightech.plus saytı xəbər verib. Aparılmış tədqiqatlar təsdiqləyiblər ki, koronavirus təkcə tənəffüs xəstəliyi deyil. Belə ki, o, mədə-bağırsaq traktının, ürək-damarın və mərkəzi sinir sisteminin işinə təsir göstərə […]

AMEA Rəyasət Heyətinin açıqlaması

Məlum olduğu kimi, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixində keçirilmiş iclasında Akademiyanın Neft-Kimya Prosesləri İnstitutunun və Geologiya və Geofizika İnstitutunun təqdim etdiyi məlumat əsasında Qarabağ ərazisində 200 mln. ton neft və 250 mlrd. kubmetr qaz ehtiyatının olması haqqında məlumat səsləndirilmişdir. Bu məlumat daha sonra AMEA-nın rəsmi saytında yerləşdirilmiş və bir sıra KİV-lər tərəfindən […]

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Heydər Əlirza oğlu Əliyev […]

Vətən savaşında tarixi Zəfər

Heydər Əliyevdən İlham Əliyevə… Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində Səfəvilərdən Nadir şaha və İosif Stalinə qədər azərbaycanlıların iştirak etdikləri müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan faktoru […]

“Elm” qəzetinin “Qarabağ Azərbaycandır” şüarı ilə növbəti sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır” şüarı ilə bu il 25-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına dair material yer alıb. Nəşrin növbəti səhifələrində akademiyanın Rəyasət Heyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan […]

Qarabağda aparılacaq elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri müəyyənləşdirilib

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər – Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyətinin digər üzvü akademik Gövhər Baxşəliyeva iştirak ediblər. Tədbiri akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. İclasda əvvəlcə […]

Faydalı linklər