10/12/2020
Dekabrın 9-da AMEA-nın Rəyasət Heyətində “İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında 2021-2023-cü illər üçün Elmi və Texnoloji Əməkdaşlıq üzrə İcra Proqramı”nı nəzərdə tutan sənədin imzalanma mərasimi keçirilib. Mərasimi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq İtaliya nümayəndə heyətini akademiyada görməkdən məmnunluğunu dilə gətirib, qonaqların ölkəmizə səfərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa […]
10/12/2020
Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, […]
10/12/2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. AZƏRTAC xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar. © Mənbə: www.azertag.az
09/12/2020
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri tarixi əhəmiyyətə sahibdir”. “Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib. “9-10 dekabrdakı bu ziyarətlər azərbaycanlı qardaşlarımızla görüşəcəyik. Azərbaycana aid olan torpaqlar əsl sahibinə (Azərbaycana) qayıtmışdır. Silahlı qüvvələrimiz birgə fəaliyyət üçün hazırlıqlarını tamamladı, vəzifəyə hazırdır. Tezliklə atəşkəsi müşahidə üçün əsgərlərimiz bölgədə […]
09/12/2020
Dekabrın 8-də AMEA Rəyasət Heyətinin və akademiyanın Qadınlar Şurasının təşkilatçılığı ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Zaman və müasir dövr” mövzusunda konfrans keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidentləri, akademiklər – Dilqəm Tağıyev, İradə Hüseynova, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, AMEA İşlər idarəsinin müdiri, professor Elton Məmmədov, AMEA Qadınlar […]
05/12/2020
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti dəfə sanitar-dezinfeksiya işləri həyata keçirilib. Əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə binanın otaqları, konfrans zalı və dəhlizləri dezinfeksiya olunub. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq məhdud sayda əməkdaşlar işə cəlb edilib. Həmçinin işçilər müəssisəyə tibbi maska ilə buraxılır, […]