30/11/2020
Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü artıq 32 ildir ki, dünyada qeyd olunur. 1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü elan edib. Təşkilatın bu günü elan etməkdə məqsədi hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək olub. Həmin ilin noyabr ayının […]
29/11/2020
Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçılmaz edəcək. Trend-in məlumatına görə, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasında görə, sərt tədbirlərə, məhdiyyətlərə gedirlər: “Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddur. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla […]
26/11/2020
Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılan, 0.417 impakt faktorlu “Operators and Matrices” jurnalında çap olunub. “Simmetrik operatorların genişlənmələri haqqında” adlı məqalədə Hilbert fəzasında təyin oblastı hər yerdə sıx olan və defekt indeksi (1,1) olan qapalı simmetrik operatorun bütün minimal öz-özünə qoşma genişlənmələrinin aşkar təsviri verilmişdir. […]
26/11/2020
Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad olunmasını hər birimiz şanlı və tarixi günlər kimi qeyd edirik. Bu əlamətdar hadisə insanlarımızda xoş ovqat, böyük ruh yüksəkliyi və yaradıcılıq şövqü yaradıb. AMEA-nın “Elm” nəşriyyatı da bu şanlı qələbə münasibətilə mədəniyyət beşiyi olan Qarabağ, Şuşa haqqında maraqlı və əhəmiyyətli, olduqca sanballı nəşrlər həyata keçirir. Bu […]
26/11/2020
AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun 8 şöbəsinin 2020-ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyəti ilə bağlı hesabatı dinlənilib. İclasda “Funksiyalar nəzəriyyəsi”, «Elastiklik və plastiklik nəzəriyyəsi», “Elmi texniki informasiya”, “Təhsil”, “Beynəlxalq əlaqələr”, “Həmkarlar Təşkilatı”, “İctimaiyyətlə əlaqələr” və “ Gənc alimlər şurası” şöbələrinin illik hesabatları dinlənilib. Tədbirdə, həmçinin bir sıra cari […]
25/11/2020
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanunu təsdiq edib. Qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb. Həmçinin Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanunu da təsdiq edib. Azərbaycan Respublikasının Xocavənd rayonunun […]