26/11/2020
Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılan, 0.417 impakt faktorlu “Operators and Matrices” jurnalında çap olunub. “Simmetrik operatorların genişlənmələri haqqında” adlı məqalədə Hilbert fəzasında təyin oblastı hər yerdə sıx olan və defekt indeksi (1,1) olan qapalı simmetrik operatorun bütün minimal öz-özünə qoşma genişlənmələrinin aşkar təsviri verilmişdir. […]
26/11/2020
Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad olunmasını hər birimiz şanlı və tarixi günlər kimi qeyd edirik. Bu əlamətdar hadisə insanlarımızda xoş ovqat, böyük ruh yüksəkliyi və yaradıcılıq şövqü yaradıb. AMEA-nın “Elm” nəşriyyatı da bu şanlı qələbə münasibətilə mədəniyyət beşiyi olan Qarabağ, Şuşa haqqında maraqlı və əhəmiyyətli, olduqca sanballı nəşrlər həyata keçirir. Bu […]
26/11/2020
AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun 8 şöbəsinin 2020-ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyəti ilə bağlı hesabatı dinlənilib. İclasda “Funksiyalar nəzəriyyəsi”, «Elastiklik və plastiklik nəzəriyyəsi», “Elmi texniki informasiya”, “Təhsil”, “Beynəlxalq əlaqələr”, “Həmkarlar Təşkilatı”, “İctimaiyyətlə əlaqələr” və “ Gənc alimlər şurası” şöbələrinin illik hesabatları dinlənilib. Tədbirdə, həmçinin bir sıra cari […]
25/11/2020
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanunu təsdiq edib. Qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb. Həmçinin Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanunu da təsdiq edib. Azərbaycan Respublikasının Xocavənd rayonunun […]
25/11/2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident İlham Əliyevin xalqa müraciəti -Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də […]
25/11/2020
“Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün – 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olurlar. Bu tarix əvvəl 15 noyabr göstərilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün – 25 noyabr saat 00:00-dan […]