Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 20-ci nömrəsi çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi yer alıb. Mətbu orqanın növbəti səhifələrində Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə Nazirlər […]

Ermənistan cinayətkar əməlləri ilə Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz

Son 17 il ərzində hərbi potensialımızın təkmilləşdirilməsi hesabına Azərbaycan Ordusunun adı dünya miqyasında güclülər sırasına daxil edilib. Beynəlxalq hərbi ekspertlərin də vurğuladıqları kimi, müdafiə qüdrəti getdikcə artan Silahlı Qüvvələrimizin reytinqinin yüksək səviyyədə olmasını Aprel döyüşləri, Günnüt zəfəri və bu gün Qarabağda gedən savaş nəticəsində 200-dən çox kənd, şəhər və qəsəbənin, həmçinin Murov zirvəsi, Xudafərin körpüsü, […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda gündəlikdə duran cari məsələlər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 05 noyabr 2020-ci il tarixli 7 saylı iclas protokolunun GÜNDƏLİYİ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar AMEA FRTEB-in elmi müəssisələrinin təxirəsalınmaz vəzifələri və elmi prioritetləri haqqında. Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi haqqında. 2023-cü ildə Bakı şəhərində Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinə dair təkliflər. […]

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının onlayn iclasında prioritet məsələlər müzakirə olunub

Noyabrın 3-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, şura üzvləri, elmi müəssisələrin rəhbərləri, elmi katibləri, ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, həmkarlar təşkilatlarının nümayəndələri, gənc alim və mütəxəssislər, eləcə də qadınlar və veteranlar şuralarının sədrləri iştirak ediblər. İclasın gündəliyində […]

Qarabağın hər yerində bayrağımız dalğalanacaqdır!

…Xalqımız qızıl kimi müzəffər tarixi günlərə şahidlik edir! 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri və bilavasitə rəhbərliyi ilə erməni qəsbkarlarının hücumlarına cavab olaraq şanlı Azərbaycan ordusu işğal olunmuş ərazilərimizdə əks-hücum əməliyyatları həyata keçirir. Uğurlu döyüş əməliyyatları nəticəsində düşmən tərəfindən qurulmuş istehkam xətti yarılmış, ermənilərin çoxsaylı […]

Faydalı linklər