Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Horizon 2020” Green Deal Call proqramı çərçivəsində vebinar keçiriləcək

18 sentyabr 2020-ci il tarixində saat 12:00-da “Horizon 2020” Green Deal Call (Yaşıl razılaşma çağırışı) proqramı çərçivəsində Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üçün maliyyə imkanları üzrə vebinar keçiriləcək. Avropa Komissiyasının Beynəlxalq Əməkdaşlıq Xidmət Təşkilatı tədqiqatçıları və digər maraqlı tərəfləri virtual təlimlərdə aktiv iştiraka dəvət edir. Virtual Green Deal təlimləri üç sessiyadan ibarətdir və hər […]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,  AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində məqaləsi çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Mathematica Slovaca” (https://www.degruyter.com/view/journals/ms/ms-overview.xml) 0.654 yüksək impakt faktorlu jurnalda dərc edilib. “Bn maksimal və Bn sinqulyar inteqral opratorların dəyişən dərəcəli Lebeq fəzalarında məhdudluğu” adlı məqalədə Laplas-Bessel […]

AMEA-da 2020-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edilir

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli, 493s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına əsasən 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. Fəlsəfə doktoru və elmlər […]

Doktoranturaya və dissertanturaya hazırlaşanların nəzərinə!

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, doktorantura ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı formasıdır və elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda […]

“Hidrokortizon”un COVID-19-a qarşı effektivliyi sübut olunub

İltihab əleyhinə steroid vasitə olan “Hidrokortizon” ən ağır koronavirus xəstələrinin ölüm faizini azalda bilər. Regnum.ru saytının məlumatına görə, bu istiqamətdə Böyük Britaniyanın “Imperial College” və “Intensive Care National Audit” Mərkəzinin alimləri tədqiqat aparıblar. Belə ki, bir həftəlik müalicə kursu nəticəsində reanimasiyada olan pasiyentlərin sağalma faizinin yüksək olduğu müəyyənləşib. Qeyd edək ki, “Hidrokortizon” Böyük Britaniyada COVID-19-un müalicəsi […]

“Magistr” jurnalının 7-ci nömrəsi nəşr olunub

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 7-ci nömrəsini dərc edib. Jurnalın bu nömrəsində 2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri verilib. Həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim olunub. “Magistr” jurnalının elektron versiyasını (PDF formatında) mərkəzin saytının “Elektron […]

Faydalı linklər