Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunda dezinfeksiya işləri aparılıb

AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti dəfə sanitar-dezinfeksiya işləri həyata keçirilib. Əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə binanın otaqları, konfrans zalı və dəhlizləri dezinfeksiya olunub. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq məhdud sayda əməkdaşlar işə cəlb edilib. Həmçinin işçilər müəssisəyə tibbi maska ilə buraxılır, […]

Alimlər insan beyni ilə kainat arasındakı oxşarlıqları aşkar ediblər

Texnologiyaların inkişafına baxmayaraq insan beyni özündə bir çox sirri birləşdirir və müasir elm insan beyni ilə bağlı bir çox suala cavab verə bilmir. Tədqiqatçıların fikirlərinə əsasən insan beyni daha qəliz bir sistem ola bilər. Bu barədə Futurism.com saytı xəbər verib. Belə ki, alimlər aşkar ediblər ki, insan beyni bir çox özəlliyə görə kainat ilə oxşardır. Bu barədə  […]

2020-ci ilin ən etibarsız şifrələrinin reytinqi təqdim olunub

İnsanlar demək olar bütün şəxsi məlumatlarını internetdə saxlayırlar. Lakin həmin insanların çox az hissəsi öz məlumatlarının təhlükəsizliyi barəsində düşünür. Bu məsələdə ən geniş yayılmış səhv qərar etibarsız şifrələrdən istifadədir. NordPass adlı şifrələr menecerinin tərtibatçıları insanlar tərəfindən hansı şifrələrin daha çox istifadə olunduqlarını söyləyiblər. Bu barədə Gizmochina saytı xəbə verib. NordPass tərtibatçılarının sözlərinə əsasən milyonlarla insan öz istifadəçi hesablarına daxil olmaq […]

Alimlər kainatda olan işığın yarısının mənbəyinin hardan olduğunu aşkar edə bilmirlər

Son onilliklər ərzində güclü teleskoplar və inkişaf etmiş texnologiyalar sayəsində insan sivilizasiyası kainatın müşahidə olunmasında yüksək dərəcədə inkişaf edib. Lakin görünür, elmi cəmiyyətin gözündən nəsə yayınıb. Bu barədə Futurism.com saytı xəbər verib.  Belə ki, astronomlardan ibarət qrup bildirib ki, son elmi tədqiqatlara əsasən kainatda mövcud olan işığın yarısının mənbəyi bilinmir. 5 il bundan öncə New Horizons adlı kosmik aparat Plutondan yan […]

İşıq sürətinə yaxın kosmik mühərrik kəşf edildi

Kaliforniya Universitetindən olan 80 yaşlı professor fizik Yer kürəsinə yaxın olan ulduzlara bir insan həyatı müddətində səyahət etməyin yolunu kəşf edib. Bu işdə elektrik cərəyanının təsiri ilə vibrasiya edən kiçik kristallar yardımçı olmalıdır. Onun MEGA adlı mühərrik kəşfi enerji qismində nüvə reaktorundan başqa heç bir digər enerji növünü tələb etmir. Nüvə reaktoru isə elektrik enerjisinin […]

Yaponiyanın şirkəti koronovirusu öldürən ultrabənövşəyi lampanın istehsalına başlayıb

Yaponiyanın işıq avadanlığı istehsalı sahəsində tanınmış “Ushio Inc.” şirkəti bu yaxınlarda dünyada ilk dəfə insan sağlamlığı üçün təhlükə yaratmadan koronovirusu öldürən ultrabənövşəyi lampanın istehsalına başlayıb. Vdobrushe.by “Kyodo“ agentliyinə istinadla xəbər verir ki, şirkətin Kolumbiya Universiteti ilə birlikdə hazırladığı “Care 222” ultrabənövşəyi lampası həyat üçün təhlükəli virusun insanların daim girib-çıxdığı yaşayış sahələrinin, o cümlədən ictimai nəqliyyat […]

Faydalı linklər