Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Rusiyanın koronavirusa qarşı hazırladığı peyvəndin istifadəyə veriləcəyi tarix bəlli olub

Rusiya Səhiyyə Nazirliyi təsdiqlənmiş koronavirus vaksininin ilk hissəsinin 2 həftə ərzində istifadəyə veriləcəyini açıqlayıb. Bu ölkənin Səhiyyə naziri Mixail Muraşko bildirib ki, “Sputnik-V” adlı peyvənd Hamalei Elmi Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb və “AFK Sistema” şirkətinin “Binnopharm” dərman fabrikində kütləvi istehsalına başlanılıb. Dərmanın istehsalının ilk 12 ayda 500 milyon dozaya çatacağı gözlənilir. Peyvənd ilk olaraq yüksək […]

“Horizon 2020” proqramı ilə bağlı növbəti məlumatlandırıcı vebinar keçirilib

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin koordinatorluğu ilə Avropa Komissiyasının “Horizon 2020” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsinin üzvləri tərəfindən növbəti məlumatlandırıcı vebinar keçirilib. Tədbirdə AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Universitetinin alim-müəllim heyəti, gənc mütəxəssisləri iştirak edib. Vebinarda AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya […]

Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsi elan olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsi elan olunub. Müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək məqsədilə keçirilir. Eyni zamanda, aktual və müasir elmi […]

Koronaviruslu xəstələrin görüntülü zənglərlə diaqnostikası aparılacaq

Səhiyyə Nazirliyinin “Teletəbabət” adlı pilot layihəsinin sayəsində COVID-19 və digər kəskin respirator xəstəliklərin məsafəli diaqnostikasını onlayn şəkildə aparmaq imkanı yaradılıb. Pilot layihə çərçivəsində xəstələr həkim qəbulundan onlayn videobağlantılar vasitəsilə keçmək imkanını əldə edir. Belə ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin xüsusi mobil tətbiqin vasitəsilə məsafəli konsultasiyasına artıq başlanılıb. Üstəlik, simptomsuz və ya evdə müalicə alan yüngül […]

Gənc alim: Əminik ki, ermənilərin bu vəhşilikləri cavabsız qalmayacaq

Son günlər ermənilərin təcavüzünə və Tovuz hadisələrinə qarşı xaricdə aksiya keçirən dinc həmvətənlərimizə və Azərbaycanın bir sıra ölkələrdəki diplomatik korpuslarına qarşı radikal erməni qüvvələri tərəfindən təxribatlar, vəhşiliklər törədilir. Artıq ABŞ-ın Los-Anceles və Belçikanın Brüssel şəhərlərində qanlı təxribat da qeydə alınıb. Məlumdur ki, bu təxribatları törədən ermənilərin arxasında müəyyən mütəşəkkil qruplar, dəstələr dayanır. Hətta təxribat törədən […]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurasının növbəti onlayn iclası keçirilib

İyulun 24-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) El­mi şurasının növbəti onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, şu­ra üzv­lə­ri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi katibləri, icti­maiy­yət­lə əlaqələr şö­bə­lə­ri­nin rəhbərləri, həmkarlar təşkilatlarının, gənc alim və mütəxəssislər, eləcə də Yeni Azərbaycan Partiyasının (YAP) özək təşkilatları, qadınlar və ve­te­ran­lar şuralarının sədr­lə­ri iştirak ediblər. […]

Faydalı linklər