25/07/2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş Nazirlər Kabinetinin iclası, hər şeydən əvvəl, hazırda dünyanın qlobal pandemiya bəlası ilə üzləşdiyi çətin bir dövrdə ölkəmizdəki mövcud inkişaf proseslərinin dərindən təhlil edilib dəyərləndirilməsi, qazanılmış böyük uğurlarla yanaşı, qarşıda duran mühüm vəzifələrin müəyyən edilməsi […]
24/07/2020
Funksiyalar nəzəriyyəsi və funksional analiz, diferensial tənliklər sahəsində tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Allahverən Cəbrayıl oğlu Cəbrayılov 15 may 1940-cı il tarixində Fizuli rayonunun Horadiz qəsəbəsində anadan olmuş, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini fərqlənmə diplomu ilə bitirmiş, 1962-1965-ci illərdə V.A. Steklov adına Riyaziyyat İnstitutunun “Funksiyalar nəzəriyyəsi” […]
22/07/2020
Çox hörmətli Fyodr Pavloviç! Sizi ‒ hesablama riyaziyyatı, optimal idarəetmə və ekstremal məsələlər nəzəriyyəsi sahələrində tanınmış rus riyaziyyatçı – alimini istedadlı müəllim və elm təşkilatçısını ‒ anadan olmanızın 85, əmək fəaliyyətiniz 65 illiyi münasibəti ilə ürəkdən təbrik edirik. Siz, optimal idarəetmə, riyazi proqramlaşdırma, requlyarlaşdırma üsullarının, dayanıqlı proqramlaşdırmanın, oyun nəzəriyəsi məsələlərinin təqribi üsullarla həlli sahəsində dünyada […]
22/07/2020
2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd göstərmişlər. Qeyd etmək lazımdır ki, ermənilərin ardı-arası kəsilməyən təxribatları, Ermənistanın əslində terrorçu dövlət olmasını hər kəsə açıq-aşkar nümayiş etdirir. Belə ki, bu gün diktaturanın hökm […]
22/07/2020
ABŞ-da koronavirus əleyhinə iki vaksinin final sınaqları başlayıb, yaxın həftələrdə daha dörd vaksinin sınaqlarının son mərhələsi start götürəcək. www.whitehouse.gov saytı xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ evdə keçirilən brifinqdə deyib. “İki eksperimental vaksinin klinik sınaqlarının final mərhələsi başlayır – buna rekord müddətdə nail olunub”, – deyə Donald Tramp bildirib. ABŞ prezidenti, həmçinin əvvəllər […]
21/07/2020
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər Funksional analiz şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə 2, böyük elmi işçi vəzifəsinə 1, Riyazi analiz şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə 2, baş elmi işçi vəzifəsinə 1, Riyazi fizika tənlikləri və Diferensial tənliklər şöbələri üzrə aparıcı elmi işçi vəzifələrinə 1, […]