22/05/2020
Böyük Britaniyanın “AstraZeneca” əczaçılıq şirkəti testlərin nəticələri müsbət olacağı təqdirdə Oksford Universiteti ilə birgə hazırladığı COVID-19 infeksiyası əleyhinə vaksinin kütləvi istehsalına sentyabr ayında başlamağı planlaşdırır. wftv.com saytı xəbər verir ki, şirkət azı 400 milyon vaksinin çatdırılması üzrə ilk müqaviləni imzalayıb, həmçinin milyard doza hazırlamaq üçün şərait yaradıb. “AstraZeneca” 2020-ci ilin sentyabrında ilk çatdırılmaları həyata keçirmək niyyətindədir. […]
22/05/2020
2020-ci il 20/21 may tarixlərində BDU-nun Mexanika-Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş «Riyaziyyat, Mexanika və onların tətbiqləri» adlı Respublika Elmi Konfransı keçirilmişdir. Virtual konfransı açıq elan edən BDU-nun rektoru Elçin Babayev ilkin olaraq ümummilli lider Heydər Əliyevin Universitet fəaliyyətində yüksək rolunu qeyd etmiş, hazırkı vəziyyətdə […]
22/05/2020
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin müdiri, f-r.e.d., professor Həmidulla Aslanovun “Funksiyalar nəzəriyyəsi və Funksional analiz”adlı dərs vəsaiti çap edilib. “Azərbaycan” nəşriyyatında dərc olunan dərs vəsaitinin elmi redaktoru professor Məmməd Bayramoğludur. Funksiyalar nəzəriyyəsi və funksional analiz fənninə həsr olunmuş bu kitab müəllifin 40 ildən artıq bir müddətdə respublikanın müxtəlif universitetlərində, əsasən son illərdəBakı […]
20/05/2020
Tədbiri giriş sözü ilə açan Institutunun HİK-nin sədri dos. İradə Mirzəzadə qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək, mərhəmət, şəfqət və bərabərlik rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunmasını arzulamış, eyni zamanda ölkəmizdə milli mənəvi dəyərlərin möhkəmləndirilməsinə dövlət səviyyəsində hər zaman diqqət yetirildiyini qeyd etmişdir. Həmçininin komitə sədri dos. […]
20/05/2020
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2020/2021-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 15 ixtisas 43 ixtisaslaşma üzrə 59 plan yeri təsdiq edilib. Ayrılan bütün plan yerləri dövlət sifarişlidir. Magistraturaya qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisaslaşmaları seçmək imkanı əldə edəcəklər. © Mənbə: www.science.az
20/05/2020
ABŞ-ın “Moderna” biotexnologiya şirkəti koronavirus vaksininin nəticələrinin müsbət çıxdığını və onun COVID-19-un qarşısının alınması üçün potensiala malik olduğunu bəyan edib. washingtonpost.com saytı xəbər verir ki, şirkət nümayəndələri klinik sınaqların ilk mərhələsinin başa çatdığını bildiriblər. Koronavirusa qarşı “mRNA-1273” nömrəli namizəd vaksin infeksiyaya məruz qalmış 45 nəfərin üzərində sınaqdan keçirildiyi zaman anticisimlərin törəmə prosesi müsbət nəticələr verib. Namizəd […]