Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,  AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin və şöbənin aparıcı elmi işçisi, dosent Ömərova Mehriban Nazim qızının 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində məqaləsi çap olunub. Məqalə “Journal of Pseudo-Differential Operators and Applications” (https://www.springer.com/journal/11868) 0.532  impakt faktorlu jurnalda dərc edilib. “VMO əmsallı parabolik tənliyin həllinin Orliç-Morri […]

10 noyabr – Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür

Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır. 2020-ci ildə Sülh və İnkişaf naminə Dünya Elm Günü “Elm pandemiya ilə mübarizədə cəmiyyətin xidmətində” devizi altında […]

Prezidentdən tarixi sevincli xəbər – ŞUŞA İŞĞALDAN AZAD EDİLİB

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. -Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında […]

Ordunu qüdrətli edən onun bayrağıdır

Artıq 11-ci ildir ki, Azərbaycanda 9 Noyabr – Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayraq hər bir dövlətin əsas atributu, milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Bayraq sevgisi vətən sevgisidir. Bu bir həqiqətdir ki, türk övladı vətənini sevir, millətini sevir, bayrağını […]

ELAN

Əziz həmkarlar! Sizi ilk Öncə Vətən müharibəsində Ordumuzun qazandığı qələbələr münasibətilə təbrik edirəm. Şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycandır! Sizləri 25 dekabr  2020-ci il tarixində  “AZƏRBAYCANIN ERMƏNİSTAN VƏ QARABAĞDA MƏHV EDİLMİŞ MADDİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ: KİTABXANALAR, MUZEYLƏR, TƏHSİL OCAQLARI NÜMUNƏSİNDƏ” vebinar konfransa dəvət edirik. Xahiş edirik əməkdaşlarınızı da bu barədə məlumatlandırarsınız. Vebinarın qayda və şərtləri […]

“Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 20-ci nömrəsi çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi yer alıb. Mətbu orqanın növbəti səhifələrində Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə Nazirlər […]

Faydalı linklər