Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Rusiyada koronavirusa qarşı burun damcısı şəklində peyvənd hazırlanıb

Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Mərkəzində koronavirus infeksiyasına qarşı peyvənd hazırlanıb. vedomosti.ru saytının məlumatına görə, yeni peyvənd burun damcısı şəklindədir. Mərkəzin baş direktoru Rinat Maksyutov bildirib ki, peyvəndin heyvanlar üzərində sınaqları uğurlu olub. Hazırda preparatın insanlar üçün səmərəliliyi və zərərsizliyi araşdırılır. Qeyd edək ki, Rusiyada ümumilikdə 47 peyvənd üzərində tədqiqat işləri aparılır.

Azərbaycanda Respublika Günü qeyd edilir

Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 102 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq […]

Rusiyada COVID-19-a qarşı vaksinin sınaqları uğurlu keçib

Rusiyada COVID19-a qarşı vaksinin rəsmi sınaqları hələlik aparılmasa da, artıq Səhiyyə Nazirliyinin N.F.Qamalei adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin əməkdaşları onu öz orqanizmlərində yoxlayıblar. Bu barədə elmi-tədqiqat institutunun direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Ginsburq bildirib. O, qeyd edib ki, vaksinin əks təsirləri olmayıb. Lakin eksperimenti rəsmi sınaqlar üçün Səhiyyə Nazirliyindən icazə alındıqdan […]

2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında AR Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı […]

Pandemiya dövründə AMEA-nın 1000-dən artıq aztəminatlı əməkdaşının ailəsinə yardım göstərilib

Yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımlarının paylanılması prosesi davam etdirilir. Ramazan bayramı münasibətilə AMEA-nın Azad Həmkarlar İttifaqının dəstəyi və təşşəbbüsü ilə AMEA-nın Nəsimi adına Dilçilik, Nizami Gəncəvi adına Ədəbiyyat, Riyaziyyat və Mexanika, Dendrologiya, Fizika, İnformasiya Texnologiyaları, Fəlsəfə […]

Britaniyada COVID-19 əleyhinə peyvəndin istehsal olunacağı vaxt açıqlanıb

Böyük Britaniyanın “AstraZeneca” əczaçılıq şirkəti testlərin nəticələri müsbət olacağı təqdirdə Oksford Universiteti ilə birgə hazırladığı COVID-19 infeksiyası əleyhinə vaksinin kütləvi istehsalına sentyabr ayında başlamağı planlaşdırır. wftv.com saytı xəbər verir ki, şirkət azı 400 milyon vaksinin çatdırılması üzrə ilk müqaviləni imzalayıb, həmçinin milyard doza hazırlamaq üçün şərait yaradıb. “AstraZeneca” 2020-ci ilin sentyabrında ilk çatdırılmaları həyata keçirmək niyyətindədir. […]

Faydalı linklər