Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan döyüşdə olduğu kimi, informasiya cəbhəsində də istəyinə nail olur

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Prezident İlham Əliyev aparıcı telekanallara və informasiya agentliklərinə ardıcıl müsahibələr verir. Bu məsələdə dövlətimizin başçısı sentyabrın 27-dən – ordumuzun əks-hücum əməliyyatına başlamasından ötən müddətdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədini güdür. Bu, eyni zamanda, ölkə rəhbərinin, həm də təbliğata mühüm önəm verdiyini, bununla da bütün siyasi, diplomatik istiqamətlərdəki uğurları şərtləndirdiyini göstərir. […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 18-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun sentyabrın 27-dən oktyabrın 22-dək işğaldan azad etdiyi 143 yaşayış məntəqəsinin adı əksini tapıb. Mətbu orqanın növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ordumuzun apardığı […]

Beynəlxalq aləm Ermənistanın mülki əhalini qətlə yetirməsi ilə bağlı mövqe nümayiş etdirmir

Ermənistan beynəlxalq ictimaiyyətin gözü qarşısında aralarında qadınlar, uşaqlar, qocalar da olmaqla, mülki əhalini gülləbaran edərək onları qətlə yetirir, evlərini dağıdır. Çox təəssüf ki, beynəlxalq aləm, o cümlədən ATƏT-in Minsk qrupu bu məsələ ilə bağlı obyektiv bir mövqe nümayiş etdirmir. Bunu AMEA-nın  birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, beynəlxalq aləmin belə mövqeyi onun Dağlıq Qarabağ […]

Azərbaycan xalqı qalib Prezidentinin, müzəffər Ordusunun və haqq-ədalətin yanında dayanıb

Sentyabrın 27-dən başlayaraq Ermənistan–Azərbaycan münaqişəsində hərbi toqquşmalar yenidən alovlandı. Bu dəfə də işğalçı tərəf növbəti təxribata əl ataraq, yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutdu. Azərbaycan vəziyyətə uyğun adekvat tədbirlər gördü və düşmən mövqelərini susdurmaq üçün əks-hücum əməliyyatına başladı. Qısa müddət ərzində düşmən mövqeləri darmadağın edildi, Azərbaycanın 100-dən çox yaşayış məntəqəsi, həmçinin bəzi yüksəkliklər, habelə Suqovuşan […]

Dağlıq Qarabağ Azərbaycanın milli məsələsidir

Azərbaycanın Silahlı Qüvvələri sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Düşmənin 16 komanda məntəqəsi, 250-yə yaxın tankı, çoxsaylı artilleriya qurğusu, raket sistemləri, canlı qüvvəsi məhv edildi və xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirildi. Azərbaycan Ordusu əks-hücum əməliyyatları ilə işğal altında qalan torpaqların bir hissəsini […]

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 17-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “Kiber Kosmos buraxılışı” mövzusunda virtual 71-ci Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki müraciəti yer alıb. Mətbu orqanın növbəti səhifələrində akademik Ramiz Mehdiyevlə müsahibə, AMEA prezidentinin Azərbaycanın elmi ictimaiyyəti adından dünya […]

Faydalı linklər