Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Akademik Ramiz Mehdiyev onlayn müşavirə keçirib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə onlayn müşavirə keçirilib. Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin rəhbərləri iştirak ediblər. Müşavirəni giriş sözü ilə açan akademik Ramiz Mehdiyev koronavirusla mübarizədə vaxtında qətiyyətli addımlar atmış ölkə Prezidenti İlham Əliyevə elmi ictimaiyyət adından dərin minnətdarlığını bildirib. O, fəaliyyətini karantin rejiminin tələblərinə uyğunlaşdıran AMEA-da pandemiya […]

Karantin rejiminin yumşaldılması rahatlıq yaratmamalıdır

Hazırda dünyanın 200-dən çox ölkəsində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparılır. Əksər ölkələrdə həyata keçirilən tədbirlərə baxmayaraq, dünyada COVID-19 daşıyıcılarının sayı 3,2 milyonu ötüb, təxminən 230 min insan həyatını itirib, 1 milyona yaxın isə sağalıb. Virusdan ölənlərin sayının sürətlə artması dünyanın pandemiya ilə mübarizəyə hazırlıqlı olmadığını göstərdi. Azərbaycanda pandemiyanın yayılma təhlükəsi ilə bağlı […]

Azərbaycanlı alimin məqaləsi Amerika Riyaziyyat Cəmiyyətinin jurnalında dərc olunub

Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən nəşr edilən “Proceedings of the American Mathematical Society” jurnalında çap olunub. “İki spektrə görə tərs məsələlər haqqında” adlı məqalədə hər iki sərhəd şərtində spektral parametrdən asılılığı olan birölçülü Şrödinqer operatoru üçün iki spektrə görə bir tərs […]

AMEA və TÜBİTAK-ın layihə müsabiqəsinin qalibləri müəyyənləşib

AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi başa çatıb. Azərbaycan alimləri tərəfindən AMEA-ya 58 layihə təqdim edilib. Müsabiqənin şərtlərinə əsasən hər iki təşkilata təqdim edilmiş layihələr öncə ekspertizadan keçirilir. Təqdim […]

Rusiyada koronavirusa qarşı anticismləri müəyyən edən yeni ekspress-test hazırlanıb

Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın fundamental əsasları” Federal Tədqiqat Mərkəzi koronavirus infeksiyasının sürətli diaqnostikası üçün testlər hazırlayır. Testlər IgM və IgG anticismlərini aşkar etməyə imkan verir. Qeyd edək ki, insanda IgM-nin mövcudluğu xəstəliyin aktiv mərhələdə olduğunu, simptomlarsız IgG isə insanın artıq xəstəliyi keçirdiyini və immunitetə malik olduğunu göstərir. poisknews.ru saytının məlumatına görə, testin nəticələri 10-15 dəqiqə ərzində […]

28 aprel 2020-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Elmi Şuranın onlayn iclasını keçirmişdir

İclasda institutda təhsil alan magistrlərin tədrisinin gedişi barədə elmi işlər üzrə direktor müavini professor Ədalət Axundov məlumat vermişdir. O qeyd etmişdir ki, magistrlərə əvvəlcədən təsdiq olunmuş dərs cədvəlinə əsasən onlayn formada dərslər keçirilir və bu iş karantin müddətində davam etdiriləcəkdir. İkinci kurs magistrlərin dissertasiya işlərinin vəziyyəti barədə Ədalət Axundov məlumat verərək bildirmişdir ki, bu il […]

Faydalı linklər