Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

REA-nın akademiki koronovirusa qalib gəlməyin yolunu açıqlayıb

Rusiyada mümkün qədər qısa zamanda koronavirusdan müdafiə edən təsirli vaksin hazırlanacaq. Bu barədə V.A.Engelqardt adına Molekulyar Biologiya İnstitutunun İmmunitetin molekulyar mexanizmləri laboratoriyasının rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin İmmunologiya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Sergey Nedospasov bildirib. Alim qeyd edib ki, virusda vaksinin alınmasına mane olan heç nə tapılmayıb. Onun […]

AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadılır

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli Qərarına müvafiq olaraq əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti 28 aprel tarixindən 4 may 2020-ci il saat 00:00-dək təxirə salınır. Bundan əlavə, AMEA-nın fasiləsiz […]

ELAN

17 mart 2020-ci il tarixində saat 11:00-da АMЕА Riyаziyyаt və Mехаnikа İnstitutunun akt zalında D 01.111 dissеrtаsiyа şurаsının nəzdindəki еlmlər dоktоru  dissеrtаsiyаlаrının müzаkirəsi üzrə Elmi tematik sеminаrın növbəti iclasında Elnarə Buxsay qızı Axundovanın ”Üçüncü tərtib adi diferensial operatorlara uyğun spektral ayrılışların yığılması” mövzusunda 1211.01 – ”Diferensial tənliklər”  ixtisasında riyaziyyat üzrə  fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi […]

“Ümumiləşmiş Morri fəzalarında multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorlar” mövzusunda seminar keçirilib

13.03.2020-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorlar“ mövzusunda məruzə edib. Məruzədə multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunub. […]

AMEA prezidenti koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncam imzalayıb

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması, işçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətlərinin dayandırılması, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi tapşırılıb. […]

Bu gün ilk dəfə Beynəlxalq Riyaziyyat Günü qeyd olunur

14 mart – Beynəlxalq Riyaziyyat Günüdür. Beynəlxalq Riyaziyyat Birliyi dünya əhalisinin həll etməyə çalışdığı qlobal məsələlərin – iqlim dəyişikliyi, bioloji müxtəlifliyin itirilməsinin qarşısının alınması, dünya əhalisinin sayının durmadan artması fonunda ərzaq ehtiyaclarının proqnozlaşdırılması, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında riyaziyyatın verdiyi töhfələri nəzərə alaraq, Beynəlxalq Riyaziyyat Gününün keçirilməsi təşəbbüsü ilə UNESCO-ya müraciət edib. UNESCO Baş Assambleyasının 2019-cu […]

Faydalı linklər