11/02/2020
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin kiçik elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Nicat Əliyevin elmi məqaləsi Springer-in nüfuzlu “Advances in Computational Mathematics” jurnalında (2020, Vol40, №6) nəşr olunub (https://link.springer.com/journal/10444). “Geniş Miqyaslı Dissipativ Hamiltoniya Sistemləri üçün Sabitlik Radiuslarının Təqribi Hesablanması” (https://link.springer.com/content/pdf/10.1007%2Fs10444-020-09763-5.pdf) adlı məqalənin nəşr olunduğu jurnal “Web of Sciences” və “Scopus” bazalarında indeksləşir […]
11/02/2020
Dünyanın bugünkü inkişaf səviyyəsinə çatması məhz elmin, bu sahədə çalışan tarixi şəxsiyyətlərin sayəsində mümkün olmuşdur. Elmin özünün tarixinin təhlili də bu inkişafın avanqardı olmuş elm xadimlərinin bügünkü yüksək sivilizasiyaya böyük töhfələr verdiyini sübuta yetirir. Bu mənada dünyaya bəxş etdiyi övladlarına görə Azərbaycan xalqının da qürur duymağa haqqı var. Bax, bu məqamda milliyyətcə Azərbaycan türkü olmayan, […]
10/02/2020
Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyində “Elm naminə” VI Ümumrusiya mükafatı laureatlarının mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Rusiyanın Elm və Ali Təhsil naziri Valeriy Falkov, Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev, Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçiy, eləcə də 400-dən çox görkəmli alim, elmi ictimaiyyətin nümayəndələri və KİV əməkdaşları iştirak edib. Qeyd edək […]
10/02/2020
XXI əsr dünyada qlobal siyasi rəqabətlərin gücləndiyi milli dövlətlərin özünütəsdiqi, innovasiyalılıq, rəqəmsal strategiya dövrüdür. 24 yanvar 2020-ci il Davos Forumu çərçivəsində Prezident İlham Əliyevin “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda səsləndirdiyi fikirlər müstəqil Azərbaycan reallıqlarını əks etdirir. Dövlət başçısı cənab İlham Əliyev demişdir: “Azərbacan həyata keçirilən uğurlu xarici və daxili siyasət nəticəsində regionda və dünyada […]
10/02/2020
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb. Akademiyanın Rəyasət Heyətində baş tutan görüşdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli və Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin də iştirak ediblər. Akademik Ramiz Mehdiyev qonaqları salamlayaraq Azərbaycan və Rusiya arasında xüsusən müstəqillik illərində yaradılan və bu gün də uğurla davam […]
07/02/2020
12 fevral 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ETİ-nin aparıcı elmi işçisi, f.r.e.n., Şərif Məmməd oğlu Nəsibov “Sobelev interpolyasiya və Qross-Sobolev loqarifmik bərabərsizlikləri” mövzusunda məruzə edəcəkdir. Məruzə bir dəqiq inteqral bərabərsziliyin isbatı, Hausdorf-Yunq bərabərsizliyinin köməyi ilə Sobolev interpolyasiya bərabərsizliyinin çıxarılışı və bu bərabərsizliyin köməyi ilə Qross-Sobolev loqarifmik bərabərsziliyinin isbatı həsr olunmuşdur. © […]