Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü toplantısı keçirilib

Yanvarın 30-da Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Qazaxıstan və Qırğızıstan Təhsil nazirlərinin müavinləri Kanat Sarsembayev və Japarkul Taşiyev, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Təhsil İdarəsinin rəhbəri Burhanettin Dönməz, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Türk Mədəniyyəti və İrsi […]

AMEA-nın Azad Həmkarlar İttifaqı koronavirusla bağlı maarifləndirici və profilaktiki tədbirlər görəcək

Məlum olduğu kimi, bu yaxınlarda Dünya Səhiyyə Təşkilatının (DST) Beynəlxalq Tibbi Sanitariya Qaydaları üzrə Fövqəladə Hallar Komitəsi Çinin Uxan bölgəsində geniş yayılan və artıq dünyanın bir sıra digər ölkələrində də qeydə alınan yeni koronavirusla (2019-nCov) bağlı bəyanat verib. Komitənin qərarına əsasən, xəstəliyin əhatə dairəsi məhdud olduğundan və bəzi simptomları müəyyənləşdirilmədiyindən hələlik fövqəladə vəziyyət elan edilməsə də, bütün ölkələrə bu […]

AMEA-nın 75 illiyi Beynəlxalq Türk Akademiyasının tədbirlər planında yer alıb

Yanvarın 30-da Bakıda keçirilən Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü toplantısında bu qurumun planlaşdırılan yubiley tədbirlərinin siyahısı təsdiqlənib. İclasda Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali müəssisənin 2020-ci il üçün fəaliyyət planı haqqında məlumat verib. Bildirib ki, bu il Monqolustanda “Tonyukuk” abidəsinin 1300, “Manas” dastanının 1025 illiyi, Abay Kunanbayevin anadan olmasının 175, Üzeyir Hacıbəylinin anadan olmasının […]

AMEA və TÜBİTAK-ın layihə müsabiqəsi davam edir

AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi davam edir. Müsabiqə 6 mart 2020-ci il tarixinədək qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır. Ətraflı məlumat və […]

Avropa Komissiyasının COST proqramına dair məlumatlandırma seminarı keçiriləcək

Fevralın 6-da saat 10:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) proqramının fəaliyyəti üzrə məlumatlandırma seminarı keçiriləcək. Seminarda COST proqramında iştirak imkanları, layihələrə qoşulma, müraciətlərin hazırlanmasına dair COST Assosiasiyasının nümayəndəsi Judith Litjens tərəfindən ətraflı məlumat veriləcək. Tədbir ingilis dilində keçiriləcək. Seminarda iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçməlidir. Ünvan: Bakı şəh., H.Cavid pr. 129, […]

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası AMEA-da tibbi aksiya keçirir

AMEA-nın Azad Həmkarlar İttifaqının və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə bu gün akademiya əməkdaşlarının ödənişsiz göz müayinəsi həyata keçirilir. AMEA-nın Əsas binasında baş tutan humanitar aksiya saat 16:00-dək davam edəcək. Əsas məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, onlar arasında refraksiya (miopiya, hipermetropiya, astiqmatizm) anomaliyalarını yoxlamaq, göz xəstəliklərini öncədən müəyyənləşdirmək və bu […]

Faydalı linklər