Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd olunub

Yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər. Tədbir çərçivəsində “Xoşbəxt Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında” ölkə başçısının Sərəncamı oxunub və Prezident İlham Əliyev sözügedən […]

“Qeyri-xətti Schrödinger tənliyinin Koşi məsələsinin həllərinin dağılması sürəti” mövzusunda seminar keçirilib

15.01.2020 il tarixində “Diferensial tənliklər” və “Riyazi-fizika tənlikləri” şöbələrinin növbəti birgə seminarı keçirilib. Seminarda f.-r.e.n. Nəsibov Şərif “Qeyri-xətti Schrödinger tənliyinin Koşi məsələsinin həllərinin dağılması sürəti” mövzusunda çıxış edib. İşdə qeyri-xətti Şredinger tənliyinin Koşi məsələsinin həllərinin dağılması haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin müdiri professor Əkbər Əliyevi 70 yaşı münasibətilə təbrik edirik!

Professor Əkbər Bayram oğlu Əliyev 1950-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində anadan olub. 1972–ci ildə Azərbaycan Dövlət Universitetinin  (Bakı Dövlət Universiteti) Mexanika – Riyaziyyat  fakültəsini Riyaziyyat ixtisası üzrə bitirib. 1972-1975-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunun nəzdində Riyazi  fizika  ixtisası  üzrə aspiranturada oxuyub. 1975-ci idə həmin institutda  kiçik  elmi  işçi  vəzifəsinə  qəbul  edilib, […]

Professor Aqil Xanmmədov “Exponensial potensiallara malik olan Şredinger tənliklərin xüsusi həlləri və onların tətbiqləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Diferensial tənliklər şöbəsinin baş elmi işçisi professor Aqil Xanmmədov “Exponensial potensiallara malik olan Şredinger tənliklərin xüsusi həlləri və onların tətbiqləri” mövzusunda məruzə edib. Məruzədə eksponensial potensaillara malik olan Şredinger tənlikləri haqqında məlumatlar verildi. Belə tənlilklərinin ücbucaq göstərilişə malik olan xüsusi həllərinin qurulması, onların […]

Magistraturaya qəbul qaydalarında dəyişiklik edilib

Nazirlər Kabineti Azərbaycan Respublikasının “Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur. Qeyd […]

X.B.Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Bağı oğlu Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 13 yanvar 2020-ci il.

Faydalı linklər