09/01/2020
AMEA-nın Akademiya şəhərciyinin müdiri Bayram Babayev öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Qurumun müdiri vəzifəsinə iqtisad üzrə fəlsəfə doktoru Pərviz Həsənov təyin edilib. Bu haqda qərarlar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub. Qeyd edək ki, Pərviz Həsənov daha öncə AMEA İqtisadiyyat İnstitutunun Həyat səviyyəsinin sosial-iqtisadi prolemləri şöbəsinin rəhbəri vəzifəsində çalışırdı. © Mənbə: www.science.az
09/01/2020
Yanvarın 9-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq bildirib ki, son vaxtlar rəhbərlik etdiyi qurumda bir sıra mühüm elmi və elmi-təşkilati istiqamətləri əhatə edən islahatlara start verilib. İslahatların başlıca strateji hədəfi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən və ölkənin sosial-iqtisadi inkişafına yönələn dövlət siyasətinə uyğun olaraq Azərbaycan elmini […]
07/01/2020
Yanvarın 6-da görkəmli kimyaçı alim, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Şöhrət” ordeni laureatı, AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin 70 yaşı tamam olur. Dilqəm Tağıyev 6 yanvar 1950-ci ildə Kəlbəcər rayonunda anadan olub. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya […]
07/01/2020
AMEA-nın magistraturasına 2019/2020-ci tədris ilində “Riyazi analiz”, Optimallaşdırma və optimal idarəetmə”, “Riyazi fizika” və “Hesablama diaqnostikası” , ixtisasları üzrə yüksək bal toplamış tələbələr qəbul olunub. Hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda I və II kurslar üzrə ümumilikdə 12 magistrant təhsil alır. İnstitutda təhsil alan magistrantların qış imtahan sessiyasına start verilib. 7 və 9 yanvar tarixlərində […]
01/01/2020
Dekabrın 29-da AMEA Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən iclasda 28 dekabr 2019-cu il tarixində baş tutmuş akademiyanın Ümumi yığıncağının qərarlarının icrası ilə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. © Mənbə: www.science.az
01/01/2020
Dekabrın 28-də keçirilən Akademiyanın Ümumi yığıncağında AMEA Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi təsdiq olunub. Qərara əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva, İradə Hüseynova, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Rəyasət Heyətinin tərkibinə daxil ediliblər. […]