Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində növbəti vətəndaş qəbulu keçirilib

Mayın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların alimlərin mükafatlandırılması, ali təhsil müəssisəsinə bərpa və digər mövzularla bağlı müraciətləri dinlənilib. Müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həlli ilə bağlı müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Agentlik rəhbərliyi tərəfindən müəyyən olunmuş qrafikə […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında sonuncu sayı çapdan çıxıb. Bu sayın baş səhifəsində “28 May – Müstəqillik Günündə Azərbaycan, Türkiyə və Pakistanın tarixi görüşü” sərlövhəli geniş icmal təqdim olunub. Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 28 May – Müstəqillik Günü münasibətilə Akademiya əməkdaşlarına ünvanladığı təbrik müraciəti, AMEA rəhbərinin […]

Azərbaycan riyaziyyatçıları-Rəhim Rzayev

Rzayev Rəhim Mikayıl oğlu, funksiyalar nəzəriyyəsi, funksional fəzalar və inteqral operatorlar sahəsində tanınmış mütəxəssis, 1958-ci il iyunun 1-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, 1963-1973-cü illərdə Əliqulular kənd orta məktəbində oxumuşdur. 1973-1978-ci illər Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1978-1982-ci illər orada aspiranturada təhsil almışdır. 1983-cü ildə ADU-da, AEA-nın müxbir üzvü, professor Arif Babayevin rəhbərliyi ilə […]

Azərbaycan riyaziyyatçıları- Ədalət Axundov

Axundov Ədalət Yavuz oğlu, diferensial tənliklər sahəsində mütəxəssis, 1949-cu il iyun ayının 1-də Naxçıvan şəhərində anadan olmuş, 1966-cı ildə Naxçıvanda orta məktəbi qızıl medalla bitirmiş, 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. 1971-1973-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmiş, 1973-1979-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda dissertant olmuşdur. O, 1980-ci ildə […]

Azərbaycan riyaziyyatçıları -Yusif Salmanov

Salmanov Yusif Camulla oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis. 1938-ci il iyunun 1-də Şamaxıda anadan olmuş, 1962-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1962-1965-ci illərdə Moskvada aspiranturada təhsil almış, 1967-ci ildə Moskvada V.A.Steklov adına institutda akademik S.M.Nikolskinin rəhbərliyi ilə “Некоторые вопросы, связанные с прoблемой Штурма-Лиувилля и краевой задачей с сильным выраждением (01.01.02)” mövzusunda namizədlik, 1999-cu ildə Bakı […]

Havadan benzin əldə edən qurğu hazırlanıb

ABŞ-ın Air Company şirkəti atmosferdəki karbon qazını maye yanacağa – sintetik benzinə çevirən inqilabi Airmade adlı qurğusunu təqdim edib. Soyuducu ölçüsündə olan bu cihaz gündə 1 litrə qədər yanacaq istehsal edə bilir və bunun üçün yalnız hava, su və bərpa olunan elektrik enerjisindən istifadə olunur. Hazırda aviasiya və dəniz nəqliyyatı demək olar ki, tamamilə təbii […]

Faydalı linklər