Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

12.12.2024-cü il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiya hesabında kafi şərtlər” mövzusunda məruzə edəcək. Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

AMEA-nın gənc alim və mütəxəssislərinin təşkilatçılığı ilə SİNA forumu keçirilib

2-5 dekabr 2024-cü il tarixlərində Şuşa şəhərində İslam Ölkələrinin Gənclərinin iştirakı ilə “Şuşa Gənclər Festivalı” keçirilib. 3 dekabr tarixində İƏT-yə üzv dövlətlərin gənc alim və mütəxəssislərinin iştirakı ilə SİNA forumu təşkil olunub. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Forum çərçivəsində İslam mədəniyyəti və sivilizasiya, davamlı inkişaf, texnoloji yeniliklər və yaşıl gələcək naminə, süni intellekt, […]

ELAN

Hörmətli həmkarlar! 11.12.2024 -cü il tarixində saat 10:00 –da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın müxbir üzvü, professor Arif Babayevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçiriləcək.Tədbir institutun akt zalında baş tutacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Dissertasiya işinin müdafiəsi keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 06 dekabr 2024-cü il tarixli iclasında Elvin Səxavət oğlu Rzayevin “Bəzi operator-diferensial tənliklərin həll olunma məsələləri və spektral xassələri” mövzusunda 1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya […]

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib

Dekabrın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib. Görüşdə Agentliyin direktoru Ülkər Səttarova qurumun fəaliyyəti, elm, ali və orta ixtisas təhsili sahəsində görülən işlər və perspektiv planlar barədə məlumat verib. İctimai Şuranın sədri Hikmət Əlizadə və Şura üzvləri elm və ali təhsilin […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin dekabr ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına”, “Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına” və “Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına” müraciətləri yer alıb. Bugünkü sayda, ilk səhifələrdə AMEA kollektivi adından COP29 […]